UEFA 2020-ci il Avropa çempionatını təxirə salmağa hazırdı.
Fanat.Az "Athletic"ə istinadən xəbərr verir ki, Avropanın ali futbol qurumu Avro-2020-ni bir il müddətinə təxirə salmaq üçün klublardan və liqalardan toplam 275 milyon funt təzminat tələb edir.
UEFA qitə çempionatının 2021-ci ilə təxirə salınması xərclərini məhz 275 milyon funt dəyərində qiymətləndirir. Təklifin bu gün keçiriləcək video-konfransda müzakirə olunacağı bildirilir.
Qeyd edək ki, fövqəladə iclasda Çempionlar Liqası, Avropa Liqası və 2021-ci ilin iyul-avqust aylarında keçirilməli olan qadınların Avropa çempionatı ilə bağlı suallara da aydınlıq gəlməlidi.
Fanat.Az