Böyük ehtimalla, Avro-2020 koronavirus pandemiyası səbəbindən təxirə salınacaq.
Fanat.Az xəbər verir ki, UEFA nümayəndələri bir həftə əvvəl Danimarkanın Kopenhagen şəhərində yerləşən "DGI-Byen" otelindəki otaq rezervasiyalarını ləğv ediblər. Bu barədə oteldən "Reuters"ə məlumat verilib.
"Marinelyst" oteli UEFA-nın Danimka millisinin Avro-2020 dönəmində qalması üçün nəzərdə tutulmuş otaqlardan imtina etdiyini də açıqlayıb.
Danimarka Avro-2020-nin təşkilatçı ölkələrindən biridi.
Bu gün UEFA Avro-2020, Çempionlar Liqası və Avropa Liqası ilə bağlı qərarını açıqlamalıdı.
Fanat.Az