11:29 21.03.2020 6522

Cahangir Əsgərovdan narazılıq: “Maaşlar verilmir, formalar isə nimdaş” (VİDEO)

Başı doppinqlə bəlada olan Azərbaycan Ağır Atletika Federasiyası maaş qalmaqalı və şəraitsizliyə görə yenidən gündəmə gəlib. 

Ağır atletika üzrə milli komandanın üzvü, idman ustası Günel Vəliyeva federasiyadakı problemlərlə bağlı Unikal.org-a açıqlama verib. O bildirib ki,  xarici ölkələrin idmançılarına həsəd aparırıq, çünki hər sahədə Azərbaycandan geri qalan ölkələrin ağır atletləri bizdən daha yaxşı təmin olunublar: 

"Həm vitaminləri var, həm də səliqəli formaları. Mən 2 ildir ki, milli komandadan maaş ala bilmirəm. Millimizin tərkibində uzun illərdir çıxış edən digər atletlər də maaş üzünə həsrət qalıblar. Maaşımız verilmir, formamız nimdaş haldadır. Təsəvvür edin ki, ağır atletlər üçün olan idman ayaqqabısı istəyirik, gedib kiminsə ayağından çıxarıb yığmanın üzvlərinə verirlər. Bizə verilmiş ağır atlet formaları ən ucuz, ən keyfiyyətsiz formalardır. Hətta bəzilərinin heç idman geyimləri də yoxdur. Ən böyük problemlərdən biri də yarışlara göndərilməməyimizdir.  Beynəlxalq yarışa 1 ay qalmış deyirlər yarış var, hazırlaşın. Biz 1 aya necə hazırlaşıb nəticə verək. Yaxud da, yarışın başlamağına 1 həftə qalmış gəlib deyirlər ki, getmirsiz”.

G.Vəliyeva səslərinin federasiyanın rəhbəri Cahangir Əsgərova çatdırılmadığını və qurumun baş katibi Rizvan Rəsulovun problemləri həll etmədiyini bildirib.

Millinin üzvü Mərziyyə Məhərrəmova həmkarı kimi federasiyadakı durumdan şikayətlənib: "Heç bir yığmada idmançıya 200 manat maaş vermirlər. Fəhlə, offisiant da bizdən çox qazanır. Biz bayrağımızı dalğalandırırıq. Onlar isə bizə 200 manat maaşı qıymırlar. Yanvarda yeni müqavilə bağlandı ki, hər şeylə təmin olunacaqsınız. Amma 2 -3 aydan bir 1 aylıq maaşımızı alırıq. Bəziləri heç almır. Vitamin yox, maaş yox. Yarışlardan da uzaq salırlar. Təsəvvür edin, federasiyada milli komanda deyə bir anlayış qalmayıb. Gənclər, qadınlar və kişilərin milli komandalarının hərəsində 2-3 idmançı qalıb. Ümumilikdə biz 15 nəfərlik bir idmançı qrupuyuq. Tək bir tələbimiz var, imzalatdıqları müqaviləyə əməl edilməsdi. Bir uşaq anasıyam. Övladımı evdə qoyub, gəlib məşq edirəm”.

Ağır atletika millisinin üzvü Səbinə Əzimova da komanda yoldaşlarına qatıldığını, bu cür problemlərin onların karyerasını təhlükə altına aldığını qeyd edib. Bildirilib ki, millinin digər üzvləri də durumdan şikayətçidi.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X