14:01 05.06.2020 3704

Azərbaycanın yarım milyonunu mənimsəyib

Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) sabiq prezidenti Tamaş Ayanın vaxtında müsbət çıxan 40 dopinq-testin nəticələri gizlədilib.

"Report"un "Inside the Games" nəşrinə istinadən xəbərinə görə, bu barədə məlumat onunla bağlı aparılan istintaq araşdırmasının nəticəsində əksini tapıb.

Qeyd olunub ki, macarıstanlı funksionerin rüşvət qarşılığında müdafiə etdiyi həmin idmançıların bəziləri hətta dünya çempionatları və digər beynəlxalq yarışlarda medallar qazanıblar. Bu məlumat sonrakı araşdırma üçün Ümumdünya Antidopinq Agentliyinə göndərilib.

İstintaqı aparan kanadalı müstəntiq Riçard Maklarenin sözlərinə görə, maliyyə sənədlərində IWF-yə daxil olan 10,4 milyon ABŞ dollarının hansı istiqamətdə xərcləndiyi qeyd olunmayıb. Hesabatda göstərilən ən böyük cərimə Azərbaycan Ağır Atletika Federasiyasının ödədiyi 500 000 ABŞ dollarıdır.

Məlumat üçün deyək ki, həmin vəsait Azərbaycanın 9 idmançısının qanında qadağan olunmuş maddə aşkarlandığı üçün IWF-nin hesabına köçürülüb. Lakin bu məbləğ ali qurumun sənədlərində əksini tapmayıb. Bundan əlavə, T.Ayanın Taylanda səfəri zamanı 18 nağd ödəmə yolu ilə ümumilikdə 440 000 ABŞ dollarından çox pul topladığı bildirilir.

Funksioner həmçinin prezident seçkilərində qalib olmaq üçün müxtəlif səlahiyyətli şəxlərə rüşvət verməkdə ittiham olunur. İddiaya görə, o, təkcə özü deyil, İcraiyyə Komitəsinə seçilməli olan tərəfdarları üçün də rüşvət təklif edib.

Barəsindəki ittihamları rədd edən T.Ayan IWF-dəki maliyyə məsələlərinin Direktorlar Şurası tərəfindən qanuni əsaslarla idarə olunduğunu bildirib. O, ömür boyu qanunlara, yazılmış və yazılmamış qaydalara, idman prinsiplərinə hörmət etdiyini vurğulayıb. Macarıstanlı funksioner həmçinin Maklareni ittihamlara tam cavab verməsi üçün onu kifayət qədər məlumatlandırmamaqda günahlandırıb.

Qeyd edək ki, Tamaş Ayan yuxarıda sadalanan səbəblərə görə aprelin ortalarında IWF prezidenti vəzifəsindən tamamilə uzaqlaşdırılıb.

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X