"Miluoki"nin point-qardı Erik Bledsou Orlandoya yollanmayıb.
Fanat.Az NBA insayderi Kris Heynsə istinadən xəbər verir ki, Bledsounun koronavirus testinin nəticəsi pozitiv çıxıb. Bu səbəbdən 30 yaşlı basketbolçu komandaya qoşulmayıb.
Bledsou xəstəliyi simptomsuz keçirir və yaxın günlərdə komanda yoldaşları ilə birlikdə məşqlərə başlayacağına ümid edir.
"Miluoki"nin oyunçularının əksəriyyəti 9 iyulda Orlandoya yola düşmüşdülər. Daha sonra baş məşqçi Mayk Budenholtser komanda üzvlərinin bir qisminin Floridada olmadığını açıqlamışdı.
Qeyd edək ki, NBA-da mövsüm 31 iyulda bərpa ediləcək.
Fanat.Az