"Latsio" İtaliya A Seriyasının 35-ci turu çərçivəsində oynanılan matçda "Kalyari"ni 2:1 hesabı ilə məğlub edib.
Xallarının sayını 72-yə çatdıran "Latsio" turnir cədvəlində dördüncüdü. Beşinci sıradakı "Roma" sona üç tur qalmış əzəli rəqibindən 11 xal geri qalır. Beləliklə, "qartallar" Çempionlar Liqasına vəsiqəni təmin edib.
Sonuncu dəfə "Latsio" 2007-08 mövsümündə ÇL-in qrup mərhələsində oynayıb. Paytaxt təmsilçisi "Real", "Olimpiakos" və "Verder"lə mübarizədə qrup sonuncusu olmuşdu.
Fanat.Az