Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşmaları çərçivəsində avqustun 7-də oynanılacaq matçları kimlərin idarə edəcəyi məlum olub.
Fanat.Az UEFA-nın saytına istinadən xəbər verir ki, "Mançester Siti" - "Real" oyununun baş hakimi alman Feliks Brix olacaq. Ona həmyerliləri Mark Borş və Ştefan Lupp kömək edəcəklər.
"Yuventus" - "Lion" matçında da alman referi fit çalacaq. Sözügedən oyun Feliks Tsvayerə tapşırılıb. Torsten Şiffner və Maryu Ahmüller ona yardımçı olacaqlar.
Fanat.Az