10:55 26.09.2020 944

Tamaş Ayan ağırlıqqaldıranlarımızın dopinq-testlərini gizlədib

Ümumdünya Antidopinq Agentliyi (WADA) Ümumdünya Ağırlıqqaldırma Federasiyasından (IWF) Tamaş Ayanın prezidentliyi dövründə gizlədilmiş 130 dopinq-testlə bağlı tədbir görməyi tələb edib.
 
"Inside The Games" nəşri xəbər verir ki, həmin nümunələr IWF-nin Macarıstanın paytaxtı Buxarestdəki mənzil-qərargahında "dəfn olunub". Bildirilir ki, testlər götürülsə də, onların üzərində işlənilməyib. Testlərin çoxu illər öncə, qalanları isə 2019-cu ildə - dopinqin geniş yayılması ilə əlaqədar ağırlıqqaldırmanın olimpiada proqramındakı yerini itirmə təhlükəsi ilə üzləşdiyi vaxt götürülüb. Nümunələrin harada saxlanıldığı və neçə pozuntuya yol verildiyi məlum deyil.

Ağırlıqqaldırmada korrupsiyanın müstəqil araşdırılması nəticəsində Ayanın dopinq-testlərin müsbət nəticələrini gizlətdiyi və cəzaların verilmə vaxtını uzatdığı üzə çıxıb. Araşdırmaya rəhbərlik edən kanadalı professor Riçard Maklaren macarıstanlı funksionerin WADA İdarə Heyətinin üzvü olduğu vaxt da antidopinq prosedurlarına qeyri-qanuni müdaxilələr etdiyini bildirib. Gizlədilmiş nümunələrlə bağlı heç bir konkret detal açıqlanmayıb.

Ayanın qeyri-qanuni əməllərinin Türkiyə və Azərbaycanın da xeyrinə olduğu vurğulanıb. Belə idmançılardan biri kimi Valentin Xristovun adı çəkilir. Maklarenin müstəqil araşdırması göstərib ki, 2013-cü ilin aprelində və iyununda dopinq-testi müsbət çıxsa da, Azərbaycan təmsilçisinin yarışlarda iştirakını davam etdirməsinə icazə verilib.

IWF-nin hesabatında 130 işlənilməmiş numunəyə 41 gizlədilmiş hal və 10 digər mümkün hal da əlavə olunub. Bu işlərdən bəzilərinin ixtisara salınmasının mümkünlüyü də vurğulanıb. Çünki onların götürülmə vaxtından 10 il keçib və bu müddət istənilən dopinq pozuntusu üçün qüvvədən düşmüş sayılır. Test nümunələrindən bəzilərinin üzərində kimlərə və hansı ölkəyə məxsus olduğu göstərilməyib. 10 milyon dolların (8,6 milyon avro) yoxa çıxması, dopinqin ört-basdır edilməsi və seçkilərin saxtalaşdırılması Ayan IWF-ni tərk etdikdən 7 həftə sonra media vasitəsilə açıqlanıb.

O da bildirilir ki, ayrı-ayrı idmançılar, milli federasiyalar və IWF-nin keçmiş "müstəqil" antidopinq komissiyası ilə işləyənlərdən dopinq-testlər verildikdən sonra onların üzərində adi prosedurların işlənilməsinə cəhd göstərilməməsinin səbəbi soruşulacaq. Burada yerli antidopinq agentliklərinin rolu da müzakirə mövzusudur.

Qeyd edək ki, Tamaş Ayan IWF-yə 44 il rəhbərlik edib. Ağırlıqqaldırma onilliklər ərzində dopinq qalmaqallarından əziyyət çəkib. Nəticədə Rio-2016 Yay Olimpiya Oyunları ilə müqayisədə bu növ üzrə 64 idmançı kvotası azaldılıb. Tokio Yay Olimpiya Oyunlarında cəmi 196 ağırlıqqaldıran mübarizə aparacaq. (Report.az)
 
Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X