15:58 14.11.2020 946

Şuşalı idmançı qazandığı medalı Azərbaycan Ordusuna həsr etdi

Azərbaycan ağırlıqqaldıranı Murad Əliyev Perunun təşkilatçılığı ilə keçirilən yeniyetmələr arasında onlayn Dünya Kubokunda gümüş medal qazanıb.

Fanat.Az xəbər verir ki, 67 kq çəki dərəcəsində mübarizə aparan idmançı birdən qaldırmada 120 kq, təkanla qaldırmada isə 139 kq-lıq nəticə göstərib.

Əliyev toplam 259 kq-la həm birdən qaldırmada, həm də ümumi göstəriciyə əsasən Dünya Kubokunun gümüş medalını qazanıb. 61 kq-da yarışan Elşən Məmmədov 200 kq (90+110) nəticə ilə B qrupunda 9-cu yeri tutub.

Murad Əliyev gümüş medal qazandığı üçün şad olduğunu bildirib: "Əlimdən gələnin maksimumunu etdim. Əminəm ki, gələn yarışlarda çempion da olaraq qızıl medala sahib çıxacağam. Yarışa hazırlıq çətin keçdi. Pandemiya səbəbindən yarışlar, uzunmüddətli hazırlıq üçün təlim-məşq toplanışları olmadığından yalnız məhdud imkanlarla, evimizin həyətində məşq edə bilirdim. Üstəlik, son iki ayda cəbhədə baş verənlər də psixoloji baxımdan hazırlaşmağa, idmana köklənməyə mane olurdu. Ancaq məşqçilərimin əməyi sayəsində lazımi formanı yığa və saxlaya bildim. Bugünlərdə xalqımızın qələbə sevincinə mənim də kiçik qatqım olacağına görə sevincliyəm. Mən də şuşalıyam. 28 il işğal altında olan torpaqlarımızın azad olunması hamımızı sevindirdi. Şuşada Azərbaycan bayrağının dalğalanması məni də duyğulandırdı. Bu uğurumu böyük qələbəmizi təmin edən Azərbaycan Ordusuna həsr edirəm. Hər bir əsgərimizə təşəkkür edir, onlara minnətdarlığımı bildirirəm. Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun bu qələbəsi heç vaxt unudulmayacaq. Şəhidlərimizə Allahdan rəhmət, yaralılarılarımıza isə şəfa diləyirəm. Qarabağ – Azərbaycandır!”.

Qeyd edək ki, noyabrın 11-də başlayan yarış 7 gün davam edəcək. Turnirdə 61 ölkədən 399 (181 qadın və 218 kişi) idmançı çıxış edir. Azərbaycan yığmasında Sənan Sahibov (73 kq) və Əli Şükürlü (102 kq) də mübarizə aparacaq.

Dünya Kuboku qeyri-ənənəvi qaydada təşkil edilir. Koronavirus pandemiyası səbəbindən idmançıların bir araya gələrək eyni məkanda yarışması mümkün olmayıb. Bu səbəbdən Beynəlxalq Ağır Atletika Federasiyası tərəfindən alternativ variant olaraq onlayn yarış keçirilməsi qərara alınıb. Turnirdə iştirakı təsdiqlənən idmançıların hər biri öz ölkəsində (məkan seçimi sərbəstdir) təyin olunan yarış vaxtında "Zoom” proqramı vasitəsilə qoşulur, hər biri öz yanaşmasını qaydalara uyğun və sıralama ilə yerinə yetirir.
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X