"Yuventus”un ulduzu Kriştianu Ronaldu maraqlı addım atıb.
Fanat.Az xəbər verur ki, portuqaliyalı futbolçu pişiyini tətilə göndərib. Bu barədə onun sevgilisi Corcina Rodriges məlumat verib.
Model bildirib ki, sfinks cinsindən olan Pepe ləqəbli pişik Turindəki evdən qaçarkən avtomobilin təkəri altına düşüb. Cütlüyün pişiyi ayyarım veterinarın yanında intensiv terapiya şöbəsində müalicə alıb. Pepe sağaldıqdan sonra Ronaldu və xanımı pişiyi istirahət və bərpa üçün İspaniyaya göndərib. Corcina bildirib ki, pişiyə tətil zamanı da qulluq edənlər olacaq.