Ötən ilin mayında "Playboy" jurnalının hazırladığı təqvim üçün yarıçılpaq pozlar verən Tara Gins işini itirib.
Belə ki, belçikalı velosipedçi kişilərdən ibarət həvəskar "S-Bikes AGU" klubundan uzaqlaşdırılıb.
Rəhbərlik idman direktoru qismində şifahi razılığa gəldikləri Taranı məhz açıq-saçıq fotolarına görə bu posta layiq saymadıqlarını bildirib.