11:15 05.07.2021 1044

Olimpiya çempionumuz Tokio Olimpiadasında favoritlərini açıqladı - 3 medal

Tokio-2020-nin startına sayılı günlər qalıb. Oyunların başlama tarixi yaxınlaşdıqca idmansevərlərin həyəcanı da artır. Əvvəlki Olimpiadalarda olduğu kimi, bu dəfə də azərbaycanlıların diqqəti əsasən güləş, cüdo, boks, taekvondo, o cümlədən karate kimi döyüş növlərinə yönələcək. Xüsusən cüdoda lisenziyaların dördilliyin əvvəlki zirvə yarışlarından say çoxluğu ilə fərqlənməsi yerli azarkeşləri bir qədər də ümidləndirməyə bilməz. 

Fanat.Az cüdoçularımızın Olimpiadadakı imkanları barədə olimpiya çempionu Nazim Hüseynovun fikirlərini öyrənib. Kişilərdən ibarət millimizin məşqçilər heyətində yer alan 52 yaşlı mütəxəssis komandadan azı 3 medal gözlədiyini deyir: "Komandamızın rekord sayda lisenziya əldə etməsi gözlənilən idi. Cüdoçular olimpiya dövrü ərzində lazım olan hər şeylə təmin edilmişdi. Ancaq əlbəttə, say çoxluğu üzərimizə ikiqat məsuliyyət qoyur. Olimpiya komandamızın tərkibində cüdonun say üstünlüyü qazanması diqqətləri əsasən bizə yönəldib. Fikrimcə, inamı artıqlamasıyla doğruldacağıq. Olimpiyaçılarımızın azından 3 medal qazanacaqlarına, bunun birinin qızıl olacağına inanıram. Komandada mükafatlar uğrunda mübarizədə yetərincə şanslı təsir bağışlayan cüdoçular var. 

60 kiloqram çəki dərəcəsində Kəramət Hüseynov ilin indiyəqədərki əsas yarışlarından medalla qayıdaraq sübut etdi ki, Yaponiyaya sadəcə iştirak üçün yox, medal, hətta çempionluq üçün yollanır. Niyə də olmasın? Bunun üçün onun yetərincə istedadı var.

Nicat Şıxəlizadəyə əzmli, inadkar idmançı kimi hər zaman böyük hörmətim olub, dəfələrlə qeyd etmişəm ki, onu özümdən də iradəli idmançı sayıram. Ancaq etiraf etmək lazımdır ki, indiki forması ilə Olimpiadada Orxan Səfərovun güləşməsi daha məqsədəuyğun idi. Səfərov barədə ümidli danışmaq üçün səbəb çoxdur. Təcrübəli, texnikalı idmançıdır. 66 kq-nın son olimpiya çempionu italiyalı Fabio Baziledən zəif deyil ki, güclü cüdoçudur. Doğrudur, Avropa çempionu olduqdan sonra ardıcıl bir neçə yarışda uğursuz çıxış elədi, bunun da müəyyən səbəbləri vardı. Fikrimcə, Orxan son dünya çempionatındakı kimi soyuqqanlı güləşsə, günün yekununda xalqımızı medalla sevindirə bilər. 

Rüstəm Orucov istənilən əyyarlı medal qazansa, bizim üçün böyük uğur sayılacaq. Bayraqdar seçilməsinə görə bəziləri onun uğursuzluqla üzləşəcəyini deyir, ancaq bunlar sadəcə boş fərziyyələrdir. Ona qalsa, ortada Namiq Abdullayev nümunəsi var. Bir də unudublar ki, mənim özüm də Barselona Olimpiadasının açılış mərasimində MDB ölkələrindən ibarət Birləşmiş Komandanın tərkibində olsa belə, Azərbaycan bayrağını aparmışam. Rüstəm üzərində daim çalışan, xarakterli idmançıdır, inanıram ki, mükafatlardan kənarda qalmayacaq.

Murad Fətiyev haqqında çoxları ümidsiz danışır. Amma məncə, onu da hesabdan silməyə tələsməməliyik. Murad ardıcıl üç "Böyük Dəbilqə" yarışında medal qazanıb son anda reytinqə düşməklə necə əzmkar cüdoçu olduğunu göstərdi.

Uşanqi Kokaurinin şansları digərlərinə nisbətdə azdır. Dünya ikincisi olsa da, stabil çıxış göstərmir. Fiziki hazırlığı əsasən iki dəqiqə normal səviyyədə güləşməyə yetir. Riner, Harasava, Krpalek, Qrol və digər nəhənglərlə mübarizədə fərqlənməsi çətin məsələdir. Ancaq bu, həmişə sürprizlərlə zəngin olan cüdodur, hər şey gözləmək olar. Uşanqi də bir dəfə bizə xoş sürpriz yaşadıb".

Barselona Olimpiadasının qalibi iki cüdoçumuzun çempionluq ehtimalını daha yüksək dəyərləndirir: "Məmmədəli Mehdiyev və Zelim Kotsoyevin çəki dərəcələrində vəziyyət qarışıqdır. 90 və 100 kiloda az qala hər rəqib bir-birilə başabaş mübarizə aparmaq gücündədir. Bu baxımdan hər iki cüdoçumuz üçün bütün mərhələlər final bərabərində olacaq. Ancaq mən hesab edirəm, komandamızın qızıl medala əsas namizədləri elə Məmmədəli və Zelimdir. Məmmədəlinin döyüş tərzi bütün rəqiblərə başağrısıdır. Zelim isə indiyədək sübut edib ki, istənilən rəqibi məğlub etmək olar. Açığı, ən çox Zelimə inanıram".

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən təxirə salınan Tokio-2020 XXXII Yay Olimpiya Oyunları bu ilin 23 iyul-8 avqust tarixlərində baş tutacaq. Cüdo yarışları iyulun 24-dən 31-dək "Nippon Budokan" arenasında təşkil olunacaq. Azərbaycan komandası yarışlara 7-si kişi, 2-si qadın olmaqla, 9 cüdoçu ilə qatılacaq.
 
Sahib Əsədbəyli
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

20 May 2024
12:43

"Onlar bizi məğlub etmək istəmirdilər" - Rodri

12:24

Region Liqasının bürünc mükafatçısı II Liqanı arzulayır: "Nəticələrimiz göz qabağındadır"

12:06

"Brayton"dan ayrılan De Dzerbi gələcəyi barədə danışdı

11:49

Foden rekorda imza atdı

11:31

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

11:10

"Neftçi" 50-yə çatdı

10:54

Çövkən Liqasında iştirak edəcək 10 komanda bilindi

10:38

27 ilin rekordu

10:19

İngiltərə nəhəngi "Bayer"in futbolçusunu transfer edir - 60 milyona 

09:57

DÇ: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

09:35

“Sabah”dan vacib qələbə, “Qəbələ” dayanmaq istəmir – Tura baxış

09:10

Mbappenin qardaşı da "Real Madrid"ə keçəcək? - Aydınlıq gəldi

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

Facebookdan bizi izləməyi unutmayın.
X