İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt yarımfinalda Danimarka yığmasını yenərək (2:1) AVRO-2020-nin finalına yüksələndən sonra açıqlama verib.
Fanat.Az xəbər verir ki, BBC mütəxəssisin sözlərini belə çatdırıb:
"Belə bir gecədə Moskvada üzülmüşdük ( DÇ-2018-in yarımfinalında Xorvatiyaya 1:2 hesabıyla uduzduqları oyunu nəzərdə tutur - red.). Finalda olmağımızdan zövq almalıyıq. Amma önümüzdə İtaliya kimi sədd var. Çox yaxşı komandadır. Son iki ildə bu qənaətdəyəm. Rəqib əla formadadır. Onların heyətində çox təcrübəli müdafiəçilər var. Bu əla oyundur! Səbirsizliklə gözləməyə dəyər".
Atilla