İngiltərə millisinin sabiq müdafiəçisi Qari Nevill ölkəsinin yığmasının AVRO-2020-nin finalına yüksəlməsindən danışıb.
Fanat.Az xəbər verir ki, ITV onun sözlərini belə çatdırıb:
"Əvvəllər bunu bacarmamışıq. O qədər üzüntü, əsəb gərginliyi yaşadıq ki, deyiləsi deyil. İndi isə finaldayıq. Bu uşaqlar həlledici ana köklənməli, xalqı sevindirmək üçün ən yaxşısını etməlidirlər. Bütün ölkə ayaqdadır. Əsl futbol bayramıdır, zövq alın".
Qeyd edək ki, İtaliya ilə İngiltərə arasındakı final oyunu iyulun 11-də "Uembli"də keçiriləcək.
Atilla