14:24 09.07.2021 1796

Qazi idmançımız Braziliya kanalına danışdı: "Ayaqlarım donmuşdu, bütün dırnaqlarım düşdü"

MMA döyüşçümüz Tofiq Musayevin ayağı amputasiya oluna bilərmiş.
 
Fanat.Az saytının məlumatına görə, Azərbaycanın tanınmış vəkili Aslan İsmayılov Tofiqin Braziliyanın ən böyük kanalına müsahibəsinin mətnini yayıb ki, idmançımız Qarabağ döyüşlərində iştirakı barədə danışarkən belə deyib. "MMA döyüşçüsü Azərbaycanla Ermənistan arasında müharibəyə qoşulub" başlıqlı reportajın qısa xülasəsini diqqətinizə çatdırırıq: "Bu reportajda həqiqi müharibə aparan bir döyüşçü haqqında danışılır. Qafqaz bölgəsindən 30 ildən çox davam edən bir münaqişə, yalnız keçən il 10 mindən çox ölüm və bu müharibənin ön cəbhəsində olmaq üçün karyerasını dondurmağa qərar verən bir MMA döyüşçüsü. Bu, Azərbaycanın idmançısı və zabiti Tofiq Musayevin hekayəsidir! 

2019-cu ilin dekabrında Tofiq braziliyalı Patrik Pitbullu məğlub edərək RİZİN-dən (Yaponiya MMA turniri) yüngül çəki üzrə çempionluq kəmərini qazandı. Ancaq növbəti il pandemiya gəldi və təqvimdə bəzi dəyişikliklər oldu. Ardınca idmançı könüllü olaraq Azərbaycan hərbi qüvvələri tərəfindən döyüşlərə başlayır və daha ali səbəbə görə yarışlardan uzaqlaşmaq məcburiyyətində qalır. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin faktiki ermənilər tərəfindən idarə olunan Dağlıq Qarabağ dağlarında 3 ay keçirir.

Tofiq Musayev: "Döyüş yoldaşlarımın çoxu müharibə zamanı öldü, digərləri mina, qumbara və bomba partlayışları nəticəsində qol və ayaqlarını itirdilər. Bu günə qədər onları xatırlayıram”. 

Tofiq Musayev qışda soyuq hava olduğundan ayağının kəsilmə təhlükəsi olduğunu da deyir: "Tanrıya şükür, sağ qaldım, amma ayaqlarım donmuşdu. Bütün dırnaqlarım düşdü. Həmin döyüşlərdə çoxlu əsgərlərim ayaqlarını soyuq vurduğundan xəstəxanaya aparıldılar. İndi tamamilə sağalmışam”. 
Ermənistan və Azərbaycan 1990-cı ilə qədər Dağlıq Qarabağ bölgəsi üçün sabitliyi qoruyub saxlamayan SSRİ-nin keçmiş respublikalarıdır. Lakin 1991-ci ildə kommunist blok dağılır və respublikalar müstəqil olur. Dərhal Dağlıq Qarabağın nəzarəti üçün Ermənistan ilə Azərbaycan Respublikası arasında silahlı qarşıdurma başlayır. 

Tofiq Musayev: "Müharibə zamanı ermənilər gəncləri, qadınları və uşaqları qəddarlıqla öldürdülər. Təfərrüatlarını belə deyə bilmərəm, çünki dəhşətlidirlər”. 
1994-cü ildə atəşkəs imzalanır, lakin döyüşlər 2020-ci ilin sentyabrında yenidən başlayır. Ötən ilin noyabrında Azərbaycan Dağlıq Qarabağ bölgəsinə nəzarəti ələ alaraq zəfər elan etdi”. 

Qeyd edək ki, Tofiq Musayev 13 iyun tarixində - son yarışdan ilyarım sonra yenidən böyük idmana qayıdıb.

Mirağa

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X