09:00 10.07.2021 903

AVRO-2020: Finalın favoriti kimdir?

"Qızıl top" mükafatının azərbaycanlı jürisi, tanınmış idman jurnalisti AVRO-2020-nin finalında keçiriləcək İtaliya - İngiltərə görüşü ilə bağlı proqnozunu açıqlayıb.

O, Fanat.Az-a açıqlamasında bildirib ki, "İtaliya - İngiltərə finalını təxminən eyni gücdə olan komandaların qarşılaşması saymaq olar. AVRO-2020-dən əvvəl FIFA reytinqində İngiltərə 4-cü, İtaliya isə 7-ci sırada olub. Qitə çempionatında da inamla çıxış edən hər iki komanda finala 5 qələbə və 1 heç-heçə ilə irəliləyib.

Nəticədə İtaliya millisinin məğlubiyyətsiz seriyası 33 oyuna çatıb. İngiltərə isə artıq ardıcıl 12 oyundur uduzmur və bu oyunlardan yalnız birində qələbə qazana bilməyib.

Bundan başqa, hər iki komandanın heyəti, əsasən, yerli çempionatda çıxış edən futbolçulardan təşkil olunub, cəmi 3 legionerləri var. İtaliyanın iki oyunçusu "Çelsi”də (Emerson və Jorjinyo), biri də "Pari Sen-Jermen”də (Marko Verratti), İngiltərənin isə iki oyunçusu Dortmund "Borussiya”sında (Cud Bellingem və Ceydon Sanço), biri də Madrid "Atletiko”sunda (Kiran Trippyer) çıxış edir.
 


Ümumiyyətlə heyətlərdən danışsaq, İtaliya millisində yalnız üç futbolçu (Canluici Donnarumma, Leonardo Bonuççi və Jorjinyo) bütün altı oyunda start heyətində meydana çıxıb və yalnız ehtiyat qapıçı Aleks Meret Avro-2020-də oynamayıb. Türkiyədən sonra yarışın ən gənc komandası olan İngiltərə millisində isə altı futbolçu (Cordan Pikford, Con Stons, Deklan Rayse, Kelvin Fillips, Rahim Sterlinq və Harry Keyn) bütün altı oyunda start heyətində meydana çıxıb və ümumi heyətdəki altı futbolçunun xidmətinə isə ehtiyac duyulmayıb.

Yalnız finalın Londonda keçirilməsi ingilislər üçün əlavə üstünlük ola bilər, amma rəqiblərin 2018-ci ildə "Uembli”dəki sonuncu yoldaşlıq görüşünün 1:1 hesabı ilə başa çatdığını da unutmayaq.

Finalçıların böyük turnirlərdə əvvəlki görüşlərinə gəlincə, italyanların aşkar üstünlüyü göz önündədir. İtaliya millisi Avro-1980 çərçivəsində Turində 1:0, Avro-2012-nin 1/4 finalında Kiyevdə isə penaltilər seriyasında 4:2 (əsas və əlavə vaxt – 0:0) hesabı ilə qalib gəlib. Dünya çempionatlarına gəlincə, DÇ-1990-da 3-cü yer uğrunda görüşdə və DÇ-2014-də qrupda italyanların eyni 2:1 hesablı qələbəsi qeydə alınıb".
 
Qeyd edək ki, həlledici görüş iyulun 11-də Londonun "Uembli" stadionunda keçiriləcək. 
 
Röya Kərimli


Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

20 May 2024
15:30

"Mançester Yunayted"də ten Haqı bu iki məşqçidən biri əvəz edəcək - ADLAR

15:12

"Ançelotti həmişə vaxtımın gələcəyini deyirdi" - Arda Güler

14:55

"Sabah" U-17 liqasının qalibi oldu - VİDEO

14:38

Salibadan unikal nəticə - İPL tariixndə beləsi olmamışdı

14:20

"Sabah" Antalyada çempion oldu

14:03

Sesenyon "Tottenhem"dən ayrılır - Yeni mövsümə harada başlayacaq?

13:40

Klopp "Liverpul"dakı varisini belə açıqladı - VİDEO

13:18

Peşəkar Çövkən Liqasının püşkü atılıb

13:01

"Real"ın ulduzu sıradan çıxdı - ÇL-in finalında oynamayacaq

12:43

"Onlar bizi məğlub etmək istəmirdilər" - Rodri

12:24

Region Liqasının bürünc mükafatçısı II Liqanı arzulayır: "Nəticələrimiz göz qabağındadır"

12:06

"Brayton"dan ayrılan De Dzerbi gələcəyi barədə danışdı

11:49

Foden rekorda imza atdı

11:31

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

11:10

"Neftçi" 50-yə çatdı

10:54

Çövkən Liqasında iştirak edəcək 10 komanda bilindi

10:38

27 ilin rekordu

10:19

İngiltərə nəhəngi "Bayer"in futbolçusunu transfer edir - 60 milyona 

09:57

DÇ: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

09:35

“Sabah”dan vacib qələbə, “Qəbələ” dayanmaq istəmir – Tura baxış

09:10

Mbappenin qardaşı da "Real Madrid"ə keçəcək? - Aydınlıq gəldi

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X