İtaliya millisinin yarımmüdafiəçisi Marko Verratti AVRO-2020-nin final oyunu ərəfəsində fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, o, UEFA-nın rəsmi saytına belə danışıb:
"İngiltərə yığması əla futbolçulardan qurulub. Unutmayaq ki, bu turnirdə cəmi bir qol buraxıblar. Sabit və balanslaşmış komandadır. Məncə, final oynamağı haqq edirlər. Onların stadionunda qələbə qazanmaq fərqli arzudur.
Bonuççi və Kyellini? Onlar meydanda olanda özünü təhlükəsizlikdə hiss edirsən. Biz - yarımmüdafiəçilər müdafiədəki bu tandemə çox güvənirik. İnam olmasaydı, yüksək templə pressinq tətbiq edə bilməzdik. Həl Leonardo, həm də Corco ildən-ilə yalnız inkişaf edirlər".
Qeyd edək ki, İtaliya və İngiltərə arasındakı final oyunu iyulun 11-də, Londondakı "Uembli" stadionunda keçiriləcək. Matçın start fiti Bakı vaxtı ilə 23:00-da səsləndiriləcək.
Atilla