UEFA İngiltərə Futbol Assosiasiyasını 30 min avro məbləğində cərimələyib.
Fanat.Az qitə futbol qurumunun saytına istinadən xəbər verir ki, buna səbəb AVRO-2020-nin yarımfinal mərhələsində keçirilmiş matçda - Danimarka ilə oyunda (2:1) ingilis azarkeşlərin yolverilməz davranışları olub.
Britaniyalı fanatlar rəqib komandanın himni səsləndirilən zaman səs-küy salmış, danimarkalı oyunçulara qarşı yasaqlanmış lazer işıqlarından və digər pirotexniki vasitələrdən istifadə etmişdilər.
Nihat