AVRO-2020 başa çatıb.
Fanat.Az xəbər verir ki, qitə birinciliyinin ən yaxşı assistentinin kimliyinə aydınlıq gəlib.
Bu, İsveçrə millisinin yarımmüdafiəçisi Stiven Tsuberdir.
Orta xətt oyunçusu 4 oyunda 4 məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşüb.
Qeyd edək ki, Londondakı "Uembli" stadionunda baş tutan finalda İtaliya İngiltərəni oyunsonrası penaltilərlə (1:1, 3:2) yenərək çempion olub.
Nihat