09:00 13.07.2021 799

"Qarabağda idman yarışı keçirəcək ilk federasiyalardan biri olacağıq" - AÇIQLAMA

Dövlətin apardığı "Qarabağa qayıdış" proqramına idman federasiyaları da tövhə verə bilər. 

Məsələn, dağ velosipedi üçün Bakıda süni şərait yaradılıb. Ancaq Qarabağ ərazisində bu idman növü üçün əlverişli təbii şərait var. 

Maraqlıdır, işğaldan azad olunan ərazilər minalardan təmizlənib, yollar bərpa olunduqdan sonra dağ velosipedi üçün şəraiti Qarabağın hansısa ərazisində yaratmaq olarmı?

Bu sualı Velosiped Federasiyasına ünvanladıq. Qurumun mətbuat katibi Pərviz Musayev Fanat.Az-a bildirdi ki, "Torpaqlarımızın işğaldan azad olunması müxtəlif idman növləri üçün geniş imkanlar açır. Sözsüz ki, bizim federasiyanın da bu istiqamətdə planları, arzusu, istəyi var. İlk öncə qeyd edim ki, həmin ərazilərin təmizlənməsi, abadlaşdırılması işlərini vətəndaş olaraq dəstəkləyirik. Bu proseslər başa çatdıqdan sonra Qarabağa qayıdışımızı veloyürüşlə etməyi planlaşdırırıq. Təbii ki, gələcəkdə həmin ərazilərdə istər daxili yarış, istər xarici idmançıları cəlb edərək beynəlxalq turnirlərin keçirilməsi planlarımıza daxildir". 

Qurum rəsmisindən onu da soruşduq ki, federasiyada gələcəkdə "Tour de Karabakh" keçirməklə bağlı plan varmı? 

"Bunlar barədə federasiya daxilində bir çox müzakirələr olub, bir çox fikirlər irəli sürülüb. Gələcəkdə bizim də bu böyük qayıdışa öz tövhəmiz olacaq. Ərazinin elə bir relyefi var ki, istər şose növü, istər dağ velosipedi üzrə yarışın keçiriləcəyini əminliklə demək olar. Təki bu qayıdışımız tez bir zamanda baş tutsun. Bir daha qeyd edim ki, planlar var, istək var, sadəcə olaraq həmin o günü gözləyirik. Bütün ictimaiyət bilsin ki, o ərazilərdə idman yarışı keçirəcək ilk federasiyalardan biri olmağı qarşımıza məqsəd qoymuşuq.

Hətta döyüşlər başlayanda bizim dəstək xarakterli "Yolumuz Şuşaya, Xankəndinədir" adlı tədbirimiz də oldu. Bununla biz açıq şəkildə həmin ərazilərdə yarışlar keçirmək istədiyimizi göstərdik.
 
İnşallah ki, həmin gün uzaqda deyil. Bizə lazım olan yalnız asfalt yoldur ki, bu da artıq var. Bilirsiniz ki, "Zəfər yolu"muz mövcuddur. Onu da ideal səviyyəyə gətirib çatdıracaqlar".
 
Emin Şəmsiyev
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

20 May 2024
15:12

"Ançelotti həmişə vaxtımın gələcəyini deyirdi" - Arda Güler

14:55

"Sabah" U-17 liqasının qalibi oldu - VİDEO

14:38

Salibadan unikal nəticə - İPL tariixndə beləsi olmamışdı

14:20

"Sabah" Antalyada çempion oldu

14:03

Sesenyon "Tottenhem"dən ayrılır - Yeni mövsümə harada başlayacaq?

13:40

Klopp "Liverpul"dakı varisini belə açıqladı - VİDEO

13:18

Peşəkar Çövkən Liqasının püşkü atılıb

13:01

"Real"ın ulduzu sıradan çıxdı - ÇL-in finalında oynamayacaq

12:43

"Onlar bizi məğlub etmək istəmirdilər" - Rodri

12:24

Region Liqasının bürünc mükafatçısı II Liqanı arzulayır: "Nəticələrimiz göz qabağındadır"

12:06

"Brayton"dan ayrılan De Dzerbi gələcəyi barədə danışdı

11:49

Foden rekorda imza atdı

11:31

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

11:10

"Neftçi" 50-yə çatdı

10:54

Çövkən Liqasında iştirak edəcək 10 komanda bilindi

10:38

27 ilin rekordu

10:19

İngiltərə nəhəngi "Bayer"in futbolçusunu transfer edir - 60 milyona 

09:57

DÇ: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

09:35

“Sabah”dan vacib qələbə, “Qəbələ” dayanmaq istəmir – Tura baxış

09:10

Mbappenin qardaşı da "Real Madrid"ə keçəcək? - Aydınlıq gəldi

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

Facebookdan bizi izləməyi unutmayın.
X