16:11 07.08.2021 3249

Tokio 2020: Hacıdan gümüş, Mariyadan bürünc medal - YENİLƏNİB

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc medal uğrunda görüşə çıxıb.

Fanat.Az xəbər verir ki, 50 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz monqolustanlı rəqibi Namuuntsetseq Tsoqt Oçir qalib gələrək olimpiadanın bürünc medalını qazanıb.
 
***

Azərbaycanın sərbəst güləşçisi Şərif Şərifov Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc medal uğrunda görüşə çıxıb.

Fanat.Az xəbər verir ki, 97 kq çəki dərəcəsində çıxış edən idmançı kubalı Reyneris Salas Pereslə qarşılaşıb. 

3:3 hesabı ilə bitən görüşdə kubalı güləşçi bürünc medal qazanıb. 

***

Üçqat dünya, üçqat Avropa çempionumuz Hacı Əliyev (65 kq) Tokio 2020 Yay Olimpiya Oyunlarında final görüşünə çıxıb.

Fanat.Az xəbər verir ki, əvvəlki mərhələlərdə müvafiq olaraq Adama Diyatta (Seneqal), Daulet Niyazbekov (Qazaxıstan) və Bayranq Puniyanı (Hindistan) yolundan uzaqlaşdıran 30 yaşlı pəhləvanımızı Olimpiya çempionluğu uğrunda ev sahibi Takuto Otoquro ilə qarşılaşıb. 

4:5 hesabı ilə məğlub olan təmsilçimiz olimpiadanın gümüş medalına sahib olub. 
 
***
 
Azərbaycanın sərbəst güləşçisi Şərif Şərifov Tokio-2020 Yay Olimpiya Oyunlarında təsəlliverici görüşünü keçirib.

Fanat.Az xəbər verir ki, 97 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz gürcüstanlı Elizbar Odikadze ilə üz-üzə gəlib və 7:5 hesabı ilə qalib gəlib. 
 
Beləliklə, Şərifov bürünc medal uğrunda kubalı Reyneris Salas Pereslə qarşılaşacaq.

Azərbaycanın digər sərbəst güləşçisi Hacı Əliyev (65 kq) isə finalda Takuto Otoquro (Yaponiya) ilə qarşılaşacaq.

***
 
Tokio 2020 Yay Olimpiya Oyunları davam edir.

Fanat.Az xəbər verir ki, güləş yarışlarının sonuncu günündə üç təmsilçimiz medallar uğrunda mübarizə aparacaq.

Ötən gün mübarizəyə qoşulan 3 idmançımızdan öncə Şərif Şərifov (97 kq) xalça üzərinə çıxacaq.

Yarışların 1/8 final mərhələsində Abdulrəşid Sadullayevə (Rusiya Olimpiya Komitəsi) uduzan 33 yaşlı Olimpiya, dünya və Avropa çempionumuz təsəlliverici görüşdə Gürcüstan təmsilçisi Elizbar Odikadze ilə münasibətlərinə aydınlıq gətirəcək. 

Rio 2016-nın bürünc mükafatçısı qarşılaşmanı qalib başa vursa, kubalı Reyneris Salasla üçüncülük uğrunda həlledici görüşə vəsiqə qazanacaq.  

Üçqat dünya, üçqat Avropa çempionumuz Hacı Əliyev (65 kq) karyerasının ən önəmli final qarşılaşmasına çıxacaq.

Əvvəlki mərhələlərdə müvafiq olaraq Adama Diyatta (Seneqal), Daulet Niyazbekov (Qazaxıstan) və Bayranq Puniyanı (Hindistan) yolundan uzaqlaşdıran 30 yaşlı pəhləvanımızı Olimpiya çempionluğu uğrunda ev sahibi Takuto Otoquro ilə gərgin mübarizə gözləyir. 

Son olaraq isə qadın güləşçimiz Mariya Stadnik (50 kq) xalça üzərinə çıxacaq.

Olimpiadanın 1/8 finalında Rusiya Olimpiya Komitəsinin nümayəndəsi Stalvira Orşuşu, 1/4-də tunisli Sarra Hamdini məğlub etsə də, yarımfinalda yaponiyalı Yui Susakiyə uduzan Stadnik Tsoqt Oçir Namuntsetseeq (Monqolustan) - Lusiya Yepes (Ekvador) cütünün qalibi ilə "bürünc" uğrunda mübarizə aparacaq.

Pekin 2008-in bürünc, London 2012 və Rio 2016-nın gümüş mükafatını qazanan 33 yaşlı güləşçimiz görüşdən qalib ayrılsa, Azərbaycan idmanı tarixində yeganə dördqat Olimpiya mükafatçısı olacaq.

Təsəlliverici görüşlər Bakı vaxtı ilə 13:45-də başlayacaq. Medallar uğrunda qarşılaşmalara təxminən 14:30-da start veriləcək.

Qeyd edək ki, Azərbaycan güləş yarışlarına 7 idmançı ilə qatılıb. Çıxışını başa vuran 4 təmsilçimizdən yalnız Rafiq Hüseynov fərqlənib. Yunan-Roma güləşçisi Olimpiya Oyunlarının bürünc medalını qazanıb.
 
Sahib Əsədbəyli
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

20 May 2024
16:02

Azərbaycan cüdoçusu dünya çempionatında finala yüksəldi

15:48

"Üzgünəm, səylərimiz kifayət etmədi" - Mikel Arteta

15:30

"Mançester Yunayted"də ten Haqı bu iki məşqçidən biri əvəz edəcək - ADLAR

15:12

"Ançelotti həmişə vaxtımın gələcəyini deyirdi" - Arda Güler

14:55

"Sabah" U-17 liqasının qalibi oldu - VİDEO

14:38

Salibadan unikal nəticə - İPL tariixndə beləsi olmamışdı

14:20

"Sabah" Antalyada çempion oldu

14:03

Sesenyon "Tottenhem"dən ayrılır - Yeni mövsümə harada başlayacaq?

13:40

Klopp "Liverpul"dakı varisini belə açıqladı - VİDEO

13:18

Peşəkar Çövkən Liqasının püşkü atılıb

13:01

"Real"ın ulduzu sıradan çıxdı - ÇL-in finalında oynamayacaq

12:43

"Onlar bizi məğlub etmək istəmirdilər" - Rodri

12:24

Region Liqasının bürünc mükafatçısı II Liqanı arzulayır: "Nəticələrimiz göz qabağındadır"

12:06

"Brayton"dan ayrılan De Dzerbi gələcəyi barədə danışdı

11:49

Foden rekorda imza atdı

11:31

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

11:10

"Neftçi" 50-yə çatdı

10:54

Çövkən Liqasında iştirak edəcək 10 komanda bilindi

10:38

27 ilin rekordu

10:19

İngiltərə nəhəngi "Bayer"in futbolçusunu transfer edir - 60 milyona 

09:57

DÇ: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

09:35

“Sabah”dan vacib qələbə, “Qəbələ” dayanmaq istəmir – Tura baxış

09:10

Mbappenin qardaşı da "Real Madrid"ə keçəcək? - Aydınlıq gəldi

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

Facebookdan bizi izləməyi unutmayın.
X