Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Tokio 2020 Yay Olimpiya Oyunlarının boks üzrə qızıl mükafatçısı Busenaz Sürmenelini təbrik edib.
Fanat.Az xəbər verir ki, 23 yaşlı boksçuya zəng edən dövlət başçısı final görüşünü gözüyaşlı izlədiyini deyib: "Son anları gözüyaşlı izlədim. Çox sevincliyəm. Çakıroğlu gümüş aldı, sən isə "qızıl" qazandın. Hamımızı duyğulandırdınız. Sizləri şəxsim və ailəm adından təbrik edirəm".
Qeyd edək ki, 69 kiloqram çəki dərəcəsinin final döyüşündə çinli rəqibini üstələyən Sürmeneli Türkiyə idman tarixinə boks üzrə ilk Olimpiya çempionu kimi düşüb. "Ay-ulduzlular"ın digər qadın boksçusu Busenaz Çakıroğlu (51 kq) isə finalda bolqarıstanlı idmançıya uduzaraq Oyunların gümüş medalını qazanıb.