13:37 10.08.2021 853

Tokio olimpiadasında niyə uğursuz olduq? - 3 \"gümüş\", 4 \"bürünc\"ə sözardı

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb)
 
Tokio 2020 Yay Olimpiya Oyunları tarixin yaddaşına qovuşdu. Bütün çətinlik və məhrumiyyətlərə, bədbin proqnozlara baxmayaraq baş tutan 32-ci Olimpiada bir sıra maraqlı məqamları ilə daim xatırlanacaq. 
 
Tamaşaçıların yoxluğu da Olimpiadanın möhtəşəm mübarizə ab-havasına kölgə salmadı. 339 dəst medal uğrunda bir-birindən baxımlı yarışlara şahidlik etdik. Sonda liderlər qrupunda xüsusi dəyişiklik baş verməsə də, bəzi ölkələr boyundan yuxarı tullanmağı ilə diqqət çəkdi.
 
Bəs müstəqil ölkə kimi 7-ci dəfə Yay Olimpiya Oyunlarına qatılan Azərbaycan komandasının nəticəsi barədə nə demək olar?
 
Öncə onu qeyd etməliyik ki, idmançılarımızın Tokio 2020 imkanları əvvəlcədən də yüksək dəyərləndirilmirdi. Komandamızın ayrı-ayrı növlər üzrə potensialını təhlil edən bir sıra idman mütəxəssisləri bir "qızıl"ın belə, indiki halda yaxşı nəticə olacağını düşünürdü.
 
Ən əsası ona görə ki, heyət əvvəlki iki Olimpiadadan nəzərəçarpacaq dərəcədə geri qalırdı. Rio 2016-ya 56, London 2012-yə 53 lisenziya əldə olunmuşdusa, Tokio 2020-yə cəmi 40 vəsiqə qazanılmışdı. Riodakı medal rekordunu yeniləmək bir yana qalsın, yaxın düşmək belə, mümkünsüz qiymətləndirilirdi.
 
Olimpiadalarda hər zaman "ağır artilleriya"mız sayılan güləşdə lisenziyaların azlığı artıq həyəcan siqnalı idi.  Əslində, idmanımızın mövcud durumuna qiymət vermək üçün elə "ata idman"ımızın halına baxmaq kifayət idi. 
 
Həmçinin taekvondo və boksda işlərin yolunda getməməsi açıq-aydın nəzərə çarpırdı. Rio 2016 ilə müqayisədə hər iki millinin heyəti yarıbayarı azalmışdı. Bununla belə, taekvondo seçməsinin əslən iranlı üzvü Milad Beiqi Hərçəqani yaxın illərdəki nəticələrinə əsasən, ümumilikdə Olimpiya komandamızın əsas "qızıl" ümidi hesab olunurdu. Olimpiya dövrü ərzində təşkil olunan hər iki dünya çempionatının qalibinin nüfuzuna yaraşmayan şəkildə döyüşməsi xüsusilə təəssüf doğurdu. 30 yaşlı təcrübəli idmançının məğlubiyyəti heç nə olmamış kimi rahatlıqla qəbul etməsi onun barəsində haqlı olaraq mənfi fikirlərə yol açdı.
 
Cüdoda lisenziya sayı rekord olsa da, komandanın potensialının bunun ardını gətirməyə yetməyəcəyi məlum idi. Lisenziyaların əvvəlki illərdən çoxluğunun real gücü əks etdirmədiyini bildirmişdik. Nəticədə, Azərbaycan cüdoçuları yarışları cəmi bir medalla bitirdi ki, mükafatın milliləşdirilmiş idmançı sayəsində başa gəlməsi işin kiçik təsəlli tərəfini də sual altında qoyur. Halbuki digər növlər üzrə müvafiq federasiyalardan fərqli olaraq, Dövlət Neft Şirkətinə bağlı olan Cüdo Federasiyasının Olimpiya dövrü ərzində maddi cəhətdən heç bir korluq çəkmədiyi bəllidir.
 
Fəqət idarəçilikdə buraxılan nöqsanlar, ələlxüsus da komandanın başına gətirilən təcrübəsiz məşqçi amili böyük sınağın yekununda sözünü dedi. 
 
Tokio 2020 Olimpiadasında ölkə adına ən uğurlu növ kimi karateni qeyd etməliyik. Hər halda ilk dəfə Oyunların proqramına salınan bu növ üzrə qazanılan iki "gümüş" yekunda qismən də olsa dadımıza çatdı.
 
Üzgüçülük, atıcılıq, velosiped idmanı və s. növlərdəki təmsilçilərimizə gəldikdə, ən optimist azarkeşlərin də onlarla bağlı hansısa gözləntisi yox idi. Təəssüf doğuran isə odur ki, növlər üzrə nəticələrə nəzər yetirərkən gələcəyə ümidlə baxmaq üçün bir işıq zərrəsi tapmaq olmur.
 
Son nəticə isə budur ki, 3 "gümüş", 4 "bürünc" tarixdə ən uğursuz nəticələrimizdən biri kimi qalacaq. Yekun sıralamada hətta bir gümüş medalla tamamladığımız Atlanta 1996 Olimpiadasından da aşağı pillədə qərar tutduq. Debüt Oyunlarımızda 61-ci idiksə, indi 2 "qızıl"lı Kosovo və Uqandaya 67-ci yerdən boylanırıq. Tək təsəllimiz isə Ermənistan komandasını önə buraxmamağımızdır.
 
Parisə doğru...
 
Tokio Yay Olimpiya Oyunlarına lisenziya yarışları və bugünkü durum mənzərənin sadəcə hamıya görünən tərəfi oldu. Hər şeyi pandemiyanın doğurduğu məhdudiyyətlərin, bir müddət zalların bağlı qalmasının üstünə atmaq qurumların məsuliyyətdən yayınma cəhdindən başqa bir şey deyil. 
 
Səbəblər dərindədir.
 
Uzun illərdir idmana yanaşmadakı pərakəndəliyin, gələcəyə hesablanmamış addımların gec-tez bura gətirib çıxaracağı gün kimi aydın idi. Tokio oyunlarını qoyaq bir qırağa, yaxın illərlə bağlı ümidli danışmağa da bir səbəb görünmür. Bu gedişlə üç il sonra keçiriləcək Paris Olimpiadasında vəziyyət daha qeyri-qənaətbəxş olacaq. Çünki ayrı-ayrı növlər üzrə gənclərin də durumu ürəkaçan deyil. Ölkədə uşaq-yeniyetmə idmanı heç vaxt yaxşı vəziyyətdə olmayıb, son illər isə ümumiyyətlə yox dərəcəsindədir. Anarxiya, milliləşdirmə "işbazlığ”ı idmanımızın gələcəyini ciddi sual altında qoyub.
 
Dövlət idmanın süni medal artımına əsaslanmayan, həqiqi inkişafında maraqlıdırsa, yaxın zamanda böyük islahatlara getməlidir.. Yox, Tokiodan sonra daha çox nəzərə çarpacaq boşluqlar milliləşdirmə hesabına doldurulacaqsa, heç nəyə nail olmayacağıq, ildən-ilə daha da geri gedəcəyik və bir gün idman ölkədə heç kimin yadına düşməyəcək.
 
Sahib Əsədbəyli
 
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.
 
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X