18:15 23.08.2021 3625

Həbib Nurməhəmmədov əfqanlardan üzr istədi

UFC -nin yüngül çəkidə sabiq çempionu Həbib Nurməhəmmədov Əfqanıstandan olan azarkeşlərdən üzr istəyib. 

Fanat.Az xəbər verir ki, bu barədə "Çempionat" xəbər portalı məlumat yayıb.

Bir müddət əvvəl Nurməhəmmədovun azarkeşləri onu Əfqanıstanda baş verən hadisələrlə bağlı heç bir mövqedə olmamasına görə sərt şəkildə tənqid etmişdilər.

Nurməhəmmədov əfqan azarkeşlərə müraciət edərək belə deyib:
 
"Siyasətlə bağlı fikir bildirmək istəmədiyimə görə belə reaksiya vermişdim. Əfqanıstandan olan azarkeşlərdən şiddətli tənqid atəşinə tutuldum. Cavabımı yenidən nəzərdən keçirdim. Demişdim ki, məndən min kilometr uzaqda olan ölkə ilə heç bir əlaqəm yoxdur. Səhv demişdim. Əfqanıstan vətəndaşları ilə çox yaxın münasibətlərim var. Məni səhv başa düşüblər. Siyasi vəziyyəti şərh etmək istəmədim. Üzr istəyirəm, inşallah, məni bağışlayarlar. Danışanda beynimdə başqa bir şey var idi. Yenə də siyasətə toxunmaq istəməzdim.

Əfqanıstan həyatıboyu çox şey görüb. Bu xalq üçün narahatam. Onlara həyatda ən yaxşısını diləmək istəyirəm".

Xatırladaq ki, daha öncə Əfqanıstandan olan azarkeşlər Həbibə sosial şəbəkələrdə irad tuturdular. Onlardan biri döyüşçünün reaksiyasına cavab olaraq “Əfqanıstanda milyonlarla insanı məyus etdin. Yaşasın insanlıq, yaşasın Əfqanıstan!" şərhini yazmışdı.

Emin Şəmsiyev

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

Facebookdan bizi izləməyi unutmayın.
X