15:19 29.08.2021 1714

Tokio 2020: Kərimovadan qızıl, Zəkiyevdən bürünc medal - YENİLƏNİB

Azərbaycan cüdoçusu Dürsədəf Kərimova Tokio 2020 Yay Paralimpiya Oyunlarının qızıl medalını qazanıb.

Fanat.Az xəbər verir ki, qadınlardan ibarət millimizin +70 kiloqram çəki dərəcəsindəki üzvü finalda qazaxıstanlı Zarina Baybatinanı "ippon"la yenərək, Paralimpiya çempionu olub.

Bu, Azərbaycan komandasının Tokio 2020-də doqquzuncu qızıl medalı olub.

***

Azərbaycan Tokio-2020 Yay Paralimpiya Oyunlarda daha bir medal qazanıb.

Fanat.az xəbər verir ki, paracüdo üzrə yığmamızın lideri İlham Zəkiyev Paralimpiadada 3-cü yeri tutub.

Buna həmyerlimizin rəqibi olan Şirin Şaripovun (Özbəkistan) bürünc medal uğrunda görüşə çıxmayacağı səbəb olub. Nəticədə Azərbaycan yığması Tokioda 11-ci medalını qazanıb. Komandamızın hesabında 8 qızıl, 3 bürünc mükafat var.

Bu, Zəkiyevin karyerasında 4-cü Paralimpiada medalı olub. Millimizin lideri Afina-2004 və Pekin-2008-də qızıl, London-2012 və Tokio-2020-də bürünc mükafat qazanıb.

***10.11

Tokio 2020 Yay Paralimpiya Oyunlarında cüdo yarışlarının son günü daha üç idmançımız mübarizəyə qoşulub.

Fanat.Az xəbər verir ki, qadın cüdoçumuz Dürsədəf Kərimova (+70 kq) finala, kişilərin +100 kiloqram çəki dərəcəsindəki təmsilçimiz İlham Zəkiyev isə bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb.

Yarışa ukraynalı Anastasiya Harniklə start verən Kərimova rəqibini "ippon"la məğlub edib. Finalın biraddımlığında braziliyalı Meq Emmeriki də "ippon"la yenən idmançımız Paralimpiya çempionluğu uğrunda qazaxıstanlı Zarina Baybatina  ilə üz-üzə gələcək.

İlham Zəkiyev mübarizəyə 1/8 finaldan başlayıb. İkiqat Paralimpiya çempionumuz burada böyük britaniyalı Roy Hocsonu "vaza-ari" xalı ilə üstələyib. 41 yaşlı idmançımız sonrakı mərhələdə cənubi koreyalı Qvanq Qeun Çoya "qızıl xal"ın dördüncü dəqiqəsində "vaza-ari" ilə uduzub. Təsəlliverici görüşlərə qatılan Afina və Pekin Paralimpiadalarının qalibi yamaykalı Teador Subbanı "ippon"la yolundan kənarlaşdırıb. Zəkiyev karyerasının dördüncü Paralimpiya mükafatı uğrunda özbəkistanlı Şirin Şərifovla qarşılaşacaq.

Digər təmsilçimiz Kənan Abdullaxanlı (100 kq) isə "qızıl xal"da özbəkistanlı Şərif Xəlilova "ippon"la uduzub. Rəqib yarımfinala vəsiqə qazana bilmədiyindən idmançımızın "bürünc" şansı da qalmayıb.

Medallar uğrunda həlledici qarşılaşmalar Bakı vaxtı ilə 11:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan komandasının Tokio 2020 Yay Paralimpiya Oyunlarında rəsmiləşmiş 10 medalı  var. Bunlardan səkkizi qızıl, ikisi bürünc əyarlıdır. Medallardan altısı (5 qızıl, 1 bürünc) cüdoda hesabımıza yazılıb.

Sahib Əsədbəyli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

20 May 2024
09:35

“Sabah”dan vacib qələbə, “Qəbələ” dayanmaq istəmir – Tura baxış

09:10

Mbappenin qardaşı da "Real Madrid"ə keçəcək? - Aydınlıq gəldi

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

Facebookdan bizi izləməyi unutmayın.
X