Azərbaycan üzgüçüsü Roman Saley Tokio 2020 Yay Paralimpiya Oyunlarında finala vəsiqə qazanıb.
Fanat.Az xəbər verir ki, 27 yaşlı idmançı S12 kateqoriyası üzrə 100 metr məsafəyə sərbəst üsulla üzmədə təsnifatda 53.89 saniyə nəticə göstərərək, adını həlledici mərhələyə yazdırıb.
Final yarışı Bakı vaxtı ilə 12:21-də start götürəcək.
Qeyd edək ki, Roman Saley avqustun 27-də 100 metr məsafəyə arxasıüstə üzmə yarışında Paralimpiya çempionu olub. Ondan iki gün sonra baş tutan 50 metr məsafəyə sərbəst üzmədə isə dördüncü yeri tutub.