Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyevə növbəti təyinat gəlib.
Fanat.Az xəbər verir ki, o, final mərhələsi 2022-ci ildə Qətərdə təşkil olunacaq Dünya çempionatının seçmə mərhələ oyununa təyinat alıb. Xudiyev Rusiya - Malta oyununun hakim-inspektoru olacaq.
Oyun sentyabrın 7-də Moskvada "Otkritie Arena"da keçiriləcək.