Tokio 2020 Yay Paralimpiya Oyunları davam edir.
Fanat.Az xəbər verir ki, Paralimpiadanın səkkizinci günündə Azərbaycanın üç idmançısı mübarizə aparacaq.
Üzgüçülük yarışlarında Dana Şandıbina və Vəli İsrafilov start xəttində yer alacaq. Hər iki təmsilçimiz 100 metr məsafəyə brass üsulu ilə üzmədə uğur qazanmağa çalışacaq. Paralimpiya komandamızın ən gənc üzvü olan 17 yaşlı Şandıbina yarışa təsnifatdan başlayacaqsa, 18 yaşlı İsrafilovun çıxışı birbaşa final mərhələsinə təsadüf edəcək.
Atletimiz Elmir Cəbrayılov isə ikinci cəhdini edəcək. Avqustun 29-da 100 metr məsafəyə qaçışda təsnifat mərhələsini keçə bilməyən 29 yaşlı idmançı bu dəfə 400 metr məsafədə qüvvəsini sınayacaq.
1 sentyabr
05:27. Üzgüçülük. Qadınlar. SB13 kateqoriyası, 100 metr məsafəyə brass üsulu ilə üzmə. Təsnifat. Dana Şandıbina.
14:43. Üzgüçülük. Kişilər. SB12 kateqoriyası, 100 metr məsafəyə brass üsulu ilə üzmə. Final. Vəli İsrafilov
15:27. Atletika. Kişilər, T13 kateqoriyası, 400 metr məsafəyə qaçış. Təsnifat. Elmir Cəbrayılov
Sahib Əsədbəyli