Azərbaycan komandası Tokio 2020 Yay Paralimpiya Oyunlarında 11-ci qızıl medalı qazanıb.
Fanat.Az xəbər verir ki, Vəli İsrafilov (SB12) 100 metr məsafəyə brass üsulu ilə üzmə yarışında 1 dəqiqə 4,86 saniyə nəticə göstərərək, bütün rəqiblərini geridə qoyub.
18 yaşlı idmançımız həmçinin yeni Paralimpiya rekordu da müəyyənləşdirib.
Qeyd edək ki, bu, Azərbaycan komandasının Tokio 2020-də 16-cı medalı olub. Millimizə digər "qızıl"ları Şəhanə Hacıyeva, Sevda Vəliyeva, Xanım Hüseynova, Dürsədəf Kərimova, Vüqar Şirinli, Hüseyn Rəhimli (hamısı cüdo), Həmid Heydəri , Elvin Astanov (hər ikisi atletika) və Raman Saley (üzgüçülük - 100 metr məsafəyə arxasıüstə və sərbəst üzmədə) qazandırıb. Yeganə "gümüş" Lamiyə Vəliyevanın (atletika), bürünc mükafatlar isə Pərvin Məmmədov (pauerliftinq), Namiq Abbaslı, İlham Zəkiyev (hər ikisi cüdo) və Səid Nəcəfzadənin (atletika) sayəsində əldə olunub.
İdmançılarımızdan Həmid Heydəri dünya, Elvin Astanov Paralimpiya rekordunu qırıb.
Sahib Əsədbəyli