"Qarabağ" klubunun legionerləri öz milli komandalarında növbəti oyunlarına çıxıblar.
Fanat.Az xəbər verir ki, Ağdam təmsilçisinin 2 üzvü - Marko Veşoviç və Patrik Andrade DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində oyuna çıxıblar.
Veşoviç Monteneqro millisinin səfərdə Türkiyə ilə qarşılaşdığı oyunda (2:2) forma geyib. O, start heyətdə meydana çıxıb və 90 dəqiqə oynayıb. Yeri gəlmişkən, Monteneqronun heyətində "Qarabağ"ın Konfrans Liqasında rəqibi olan "Kayrat"ın futbolçusu Neboyşa Kosoviç də yer alıb. Ancaq Veşoviçdən fərqli olaraq, o, cəmi 57 dəqiqə meydanda qalıb.
Andrade isə Kabo-Verde millisinin Mərkəzi Afrika Respublikası ilə görüşündə (1:1) iştirak edib. Yarımmüdafiəçi də ilk dəqiqələrdən meydanda olub və matçı əvəzolunmadan keçirib.
Mirağa