Fransa millisinin hücumçusu Kilian Mbappe sıradan çıxıb.
Fanat.Az xəbər verir ki, məlumatı yığmanın mətbuat xidməti yayıb.
O, DÇ-2022-nin seçmə mərhələsinin IV turunda Bosniya və Herseqovina (1:1) ilə oyunda zədələnib.
22 yaşlı futbolçu bu gün tibbi yoxlanışdan keçəcək. Həkimlərin rəyindən sonra onun qarşıdakı Ukrayna və Finlandiya ilə görüşlərdə iştirak edib-etməyəcəcyi bəlli olacaq.
Qeyd edək ki, bu yay "Real Madrid" PSJ-nin üzvü olan Kilianı heyətinə qatmaq üçün 2 dəfə klubuna müraciət edib və müsbət cavab ala bilməyib. Bu gün yayılan xəbərə görə, məsələyə PSJ-nin sahibinin atası, Qətər Əmiri Hamad Əl-Tani qarışıb və Mbappenin komandada qalmağını istədiyini bildirib.
Röya