Fanat.Az futbol aləminin tanınmış simalarının sosial şəbəkə paylaşımlarını təqdim edir:
DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Argentina millisi səfərdə Venesuela yığmasını 1:3 hesabı ilə məğlub edib.
Argentina millisinin və PSJ-nin hücumçusu Lionel Messi şəxsi "İnstagram" səhifəsində oyundan öncə keçirilən təlim-məşq toplantısından foto paylaşıb.
Seçmə mərhələdə Çili yığmasını səfərdə 1:0 hesabı ilə məğlub edən Braziliya millisinin ulduzu Neymar da "İnstagram" səhifəsində oyundan öncə "Tanrı bizi qorusun və yardımçımız olsun" başlığı ilə paylaşım edib.
Emin Şəmsiyev