10:00 17.09.2021 1990

\"Kənan Kərimov \"Karvan\"ı bərpa etmək niyyətindədir\" - MÜSAHİBƏ

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb)

İdmanın kütləviliyi gənc nəslin mənəvi və fiziki inkişafı üçün vacibdir. 

Bu önəmli faktor nəzərə alınaraq ölkəmizdə idmanın inkişafı, uşaq və gənclərdə bu sahəyə marağın artması yönündə xeyli işlər görülür. 

Xüsusilə də son dövrlər gənclər arasında narkomaniyanın sürətlə yayılmasında idmanın təbliğatı güclü aparılmalıdır ki, ölkənin gələcəyi olan yeniyetmə və gənclər sağlam həyat tərzinə yönəlsinlər. 

Bu yöndə Yevlax şəhərində xeyli işlər aparılır. Bu barədə Fanat.Az-a rayonun Gənclər və İdman idarəsinin rəisi Samir Kərimov məlumat verib.

"Çalışırıq ki, Yevlaxda idmanın kütləviliyinə nail olunsun. Gənclərin boş zamanlarını səmərəli keçirməsi, pis vərdişlərdən uzaq qalmaları üçün çalışırıq ki, daha çox yeniyetmə və gənclər idmanla məşqul olsun.

Yevlaxda iki idman məktəbi fəaliyyət göstərir. Bu məktəblərdə 8 idman növü - ağır atletika, güləş, yunan-roma və sərbəşt güləş, cüdo, voleybol, futbol və taekvando tədris olunur. Bundan başqa, orta ümumtəhsil məktəblərində bir çox idman qrupları yaradılıb. Bu qruplar məktəbdə dərsdən əlavə vaxta məşğələ kimi tədris olunur. Beləcə uşaqlar və yeniyetmələr idmana cəlb olunur. Yevlax şəhərində özəl idman klubları, trenajor zalları, ağır atletika zalları, mini futbol meydançaları da fəaliyyət göstərir. İdman məktəbinin nəzdində olan böyük üzgüçülük hovuzu da var, sadəcə köhnəlib və bir neçə ay ərzində əsaslı təmir olunması planlaşdırılır. Ondan sonra olimpiya standartına uyğun olan böyük ölçülü üzgüçülük hovusu fəaliyyət göstərəcək. 

Şəhərdə 6 min nəfərlik "Karvan" stadionu var. Bu idman qurğusu istifadəyə tam yararlıdır. Stadionda rayon səviyyəli yarışlar təşkil edirik və həmin yarışlar bu gün də keçirilir. Misal olaraq deyə bilərəm ki, iyulun 26-da Gənclər və İdman Nazirliyinin yaranmasının  27 il dönümünə həsr olunmuş futbol üzrə açıq rayon birinciyiliyi keçirildi. Turnirdə 16 komanda iştirak etdi. Bildiyiniz kimi, futbol kütləvi idman tədbiri sayılır. Həm gənclərin idmanla məşğul olması, həm də tamaşaçıların asudə vaxtını səmərəli keçirməsində belə yarışlar böyük rol oynayır". 

- Samir bəy, məlum məsələdir ki, "Karvan" klubunun əsas komandası maliyyə sıxıntısı səbəbilə fəaliyyətini bərpa edə bilmir. Qeyd etdiyiniz yarışlara "Karvan"ın uşaq yaş qrupları komandası qatılır? 
- Yarışlarda idman məktəbinin nəzdində olan idmançılar iştirak edirlər. "Karvan" klubu ölkə çempionatında iştirakı zamanı Yevlaxı layiqincə təmsil edirdi. Lakın hardasa 5 il olar ki, komanda qurula bilmir. Ancaq son 1 il ərzində bizim idman ictimaiyyəti, veteran futbolçular, İcra Hakimiyyəti, rayon bələdiyyəsi və bir çox məsul şəxslər çalışırlar ki, "Karvan" futbol komandası bərpa olunsun. Baş məşqçimiz Kənan Kərimov da komandanı bərpa etmək niyyətindədir. Biz də ona dəstək olmağa çalışırıq. 

- Bəs kömək üçün AFFA-ya müraciət olunubmu?
- AFFA-ya müraciət etməzdən əvvəl "Karvan" komandası I Divizionda iştirak edib uğur qazanmalıdır. Komanda hansısa yarışda iştirak üçün yığılır. Ancaq davamlı komandanın bir arada qalması, məşqləri üçün maliyyə lazımdır. Bu baxımdan biz çətinlik çəkirik. Lakin hansısa turnir olanda komandanı bir araya toplayıb forma ilə təmin edirik. Onlar da gedib uğurla çıxış edirlər. Futbol idman növü olması ilə yanaşı iqtisadiyyatdır. Burda maliyyə amili əsasdır. Komandanın fəaliyyəti üçün sadəcə futbolçu heyəti yox, texniki işçilər də lazımdır. Kənan müəllim də çalışır ki, sahibkarlar büdcə formalaşdırıb klubun yenidən formalaşmasında yardım göstərsin. 

- Bildiyimiz kimi, dövlət tərəfindən hər il rayonlar üzrə Gənclər və İdman idarələrinə vəsait ayrılır. Bilmək olar bu vəsait hansı yöndə xərclənir? 
- Dövlət tərəfindən ayrılmış pul gənclər və idman siyasətinə xərclənir. Bu vəsaitlə müəyyən tədbirlər, gənclər üçün intelektual bilik yarışmaları, konfranslar keçirilir. Həmçinin idman yarışlarının təşkilinə və rayonun idmançılarının yarışlara getmək üçün ezamiyə xərcləridir.

- Pandemiya dönəmində koronavirus ilə yanaşı narkomaniya bəlası da ölkəni cənginə alıb. Xüsusilə yeniyetmə və gənc nəsil narkomafiyanın qurbanı olurlar. Gənclər və İdman idarəsi olaraq Yevlax gənclərini belə zərərli vərdişlərdən uzaq tutmaq üçün hansı işlər görülüb?
- Təəssüflər olsun ki, narkomaniya ilə mübarizə üçün keçirilən bir çox tədbirlərə baxmayaraq Yevlax narkomaniyanın sürətlə yayıldığı rayonlar sırasındadır. Bildiyiniz kimi, narkomafiyanın ən çox hədəf qrupu yeniyetmə və gənclərdir. Dərsdən kənar qalan, məktəbə getməyən uşaqlar, depresiyaya meyilli, cəmiyyət arasında özünə yer tapa bilməyən, hansısa sahədə uğur qazana bilməyən gənclər onların tələsinə daha tez düşür. Biz də çalışırıq ki, belə gəncləri maksimum tədbirlərimizə cəlb edək. Narkomafiyadan önə düşüb gənclərin onların tələsinə düşməməsi üçün maksimum şəkildə çalışırıq. 26 iyun ümumdünya narkomaniya ilə mübarizə günü  kimi qeyd olunur. Biz həmin ərəfədə də, plana uyğun olaraq müəyyən edilmiş vaxtlarda da şəhərin özü və rayonun kəndlərində gənclərlə görüşüb fərdi söhbətlər edib onları Gənclər və İdman evinə dəvət edirik. Çünki bizim idarəmizdə dil və kompüter kursları fəaliyyət göstərir. Biz onları bu kurslara və idman məşğələlərinə dəvət edirik. İstənilən gənc və yeniyetmə "Gənclər evi"nə müraciət edərək bu xidmətlərdən pulsuz faydalana bilərlər. Gənclər gələcək karyeralarını qurmağa köməklik göstərmək bizim vəzifə borcumuzdur. 

Röya Kərimli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

Facebookdan bizi izləməyi unutmayın.
X