13:19 15.10.2021 752

Ağır qəzadan dünya rekorduna...

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb)

Atletika idmanın "kraliça"sı, Yay Olimpiya Oyunlarının olmazsa-olmazıdır. Dördilliyin zirvə yarışında ən çox iştirakçı və izləyici auditoriyasına sahib növ olan atletika həm də fiziki məhdudiyyətli idmançıların sıx qərarlaşdığı növdür. Romada keçirilən ilk Yay Paralimpiya Oyunlarında 10 ölkədən cəmi 31 atlet yarışmışdısa, Tokio 2020-də planetin 129 ölkəsindən 1100 idmançı ən güclüləri müəyyən etdi. Bu, ümumi iştirakçı sayının 1/4-dən də artıq göstəricidir.

Bir ənənə kimi, Azərbaycan bu mübarizədə uğurla təmsil olunur. Olimpiadalarda atletika nəticələrimizlə öyünmək imkanımız olmasa da, Paralimpiadalarda vəziyyət tam fərqlidir. Yeddisi qızıl olmaqla, üst-üstə 23 medal, sadəcə, yeddi belə yarışda iştirak edən ölkəmiz üçün kifayət qədər yüksək göstəricidir.

Baş mükafatların yarıdan çoxu ölkəmiz adına saysız-hesabsız uğurlarla əlamətdar olan son Paralimpiya Oyunlarında hesabımıza yazıldı. İdmançılarımızdan ikisi çıxışını dünya rekordu ilə başa vurdu ki, bu da özlüyündə bir ilk oldu.

Sözügedən rekordçu Paralimpiya çempionlarımızdan biri də Elvin Astanov idi.
 
15 yaşında könüllü cəbhəyə...

Astanov Elvin Əmrah oğlu 1979-cu ildə Zəngəzur mahalının Qafan rayonunda, sadə kəndli ailəsində dünyaya gəlib. Paralimpiyaçıların bir çoxundan fərqli olaraq idmana meyli ta uşaqlıqdandır. Gözünü açandan ətrafında idmançı əmisini, böyük qardaşını görən Elvin karate, güləş və digər döyüş növlərində özünü sınayıb. Qardaşları Nurahim və Fərahim kimi müəyyən titulllar qazanmasa da, fiziki gücünə, eləcə də, düşüncə tərzinə görə öz yaşıdlarından seçilib. Təsadüfi deyil ki, çempionumuz hələ yeniyetmə ikən könüllü hərbi xidmətə yazılmaq istəyib:

 "Yeniyetməlik dövrümüz ağır illərə düşdü. Halbuki oxumağa, ali təhsil almağa həvəsim çox idi. Əmim I Qarabağ müharibəsində şəhid olduqdan sonra bütün fikrim cəbhəyə yönəldi. 18 yaşım tamam olana qədər üç il komissarlığa könüllü kimi müraciət etdim...

Hərbi xidməti bitirəndən sonra Daxili İşlər Nazirliyi orqanında çalışdım. Polis Akademiyasına daxil olmaq istəyirdim, keçirdiyim qəza planları alt-üst etdi".

Elvin, 2007-ci ildə Xızı rayonunun Giləzi qəsəbəsi ətrafında sərnişin kimi əyləşdiyi avtomobildə ağır yol qəzası keçirir. Nəticədə, onurğa sümüyü zədələnir. İki il davam edən müalicə-bərpa prosedurlarından sonra məlum olur ki, 28 yaşlı Astanov ömrünün qalan hissəsini əlil arabası ilə keçirməli olacaq...

"Dedilər ki, Azərbaycanda Oloxan adlı dünya rekordçusu var"

Əlbəttə, çox, olduqca çətin sınaqdır. Dünən sən enerji dolu idin, gələcəklə bağlı müxtəlif xəyallar qururdun, yavaş-yavaş reallığa doğru yollar açılırdı, bu gün isə vəziyyət tam fərqlidir. Bu durum nəinki cavan, hətta çox yaşlı birinin də psixologiyasını alt-üst edib, həyatdan tamamilə soyuda bilərdi. Lakin... O, sınmır, özünə qapanmır. Özündə güc tapıb, aktiv həyata qayıtmağı qərara alır. Ona sadəcə, bir güclü təkan lazım idi ki, bu da qazaxıstanlı paralimpiyaçıların sayəsində baş tutur:

 "Təslimçilik mənim ruhuma yad olduğundan, sona qədər mübarizə aparmaq istəyirdim. Burdakı həkimlər nə qədər ümidsiz danışsalar da, həm ailəm, həm mən çalışırdıq ki, nələrsə edək. Müalicə üçün Ukraynada yerləşən onurğa sınıqları üzrə ixtisaslaşmış, dünyanın dörd bir tərəfindən xəstələrin üz tutduğu sanatoriyaya getmişdim, orada qazaxıstanlı paralimpiyaçılarla həmsöhbət oldum. Onlar mənə idmanla məşğul olmağı məsləhət gördülər. Dedilər ki, Azərbaycanda Oloxan Musayev adlı dünya rekordçusu var. Düzü, nə Oloxanı tanıyırdım, nə də Paralimpiya hərəkatı haqqında doğru-düzgün məlumatım var idi. Başım müalicələrə qarışmışdı deyə, maraqlanmamışdım. Ölkəyə dönəndən sonra araşdırdım, Milli Paralimpiya Komitəsinə müraciət elədim. Onlar da məni Bəxtiyar Zeynalovun yanına göndərdilər. Beləcə, artıq 10-cu ildir ki, Paralimpiyadayam".

Nüvə itələmə ilə başlayan Elvinin Bəxtiyar Zeynalovla birgə məşqləri cəmi iki ay davam edir. Belə ki, ilk addımları London Yay Paralimpiya Oyunları ərəfəsinə düşdüyündən, ona lazımınca diqqət göstərilmir. 2013-cü ildən digər idman mütəxəssisi Oqtay Şaxtaxtinskinin yanında nizəatma ilə məşğul olmağa başlayan Astanov təxminən beş ilə yaxın onunla çalışıb. 2019-cu ildən isə ikiqat Paralimpiya mükafatçısı Vladimir Zayetsin rəhbərliyi altında nüvə itələmə üzrə hazırlıq keçir. İndiyədək o, həm bu, həm diskatma, həm də nizəatmada bir sıra mükafatlar qazanıb. Kolleksiyasında BƏƏ-nin Dubay və Şarja şəhərlərində, eyni zamanda Tunisdə keçirilən Qran Pri-lərin ondan çox medalı yer alır. 

Qran-Pri turnirlərində və Avropa çempionatlarında uğurları sıralayan idmançının karyerasının ən böyük uğuru bu ilin yayında Yaponiya paytaxtında keçirilən Yay Paralimpiya Oyunları ilə bağlı oldu. Nüvəitələmə üzrə F53 kateqoriyasında yarışan Astanov 8.77 metr nəticə ilə dünya rekordunu yeniləyərək Azərbaycana Paralimpiadanın 8-ci qızıl medalını qazandırdı.

Beləliklə, Oyunlardan öncə ən çox ümid bəslənən atletlərdən biri kimi adı hallanan Elvin ona olan güvəni artıqlamasıyla doğrultdu:

"Artıq onuncu ildir ki, idmandayam. Hamı kimi mənim də ən böyük arzum Paralimpiya çempionluğu olub. Bu yolda çox zəhmət çəkdik. Pandemiya vaxtı da dayanmadıq, özümüzə bir yer tapıb məşqlərimizi davam etdirdik. Gərgin əməyin nəticəsində 2021-ə uğurlu start verdim. İyunda Polşada keçirilən Avropa çempionatında qalib oldum. Amma nə yalan deyim, Paralimpiya Oyunlarının ab-havasını duymayan adam kimi üzərimdə bir qədər həyəcan hiss edirdim. Üstəlik, kənardan da bəzi ürək açmayan sözlər eşidirdim.

Məşqlərdə bəzən 9 metr atsam da, deyirdilər, bu, yaxşı nəticə qazanmağa kifayət etməyəcək. Əvvəlki Paralimpiya rekordçusu olan İran idmançısının hazırlıqlarda daha yaxşı nəticələr göstərməsi ilə bağlı fikirlər var idi. Bunlar istər-istəməz ruh düşkünlüyü yaradırdı. Ancaq məşqçimiz Vladimir Zayets sağ olsun, bu müddətdə mənə hərtərəfli çox dəstək oldu. Bizim idman növündə kənardan göründüyü kimi hər şeyi güc həll etmir, mütləq nəzərə alınmalı incə məqamlar var.

Paralimpiya Oyunları vaxtı üzərimizdə çox təzyiqlər var idi. Çox danışmaq istəmirəm, sadəcə deyim ki, bəzi nümayəndə heyətləri komandamızın nəticəsindən qorxuya düşmüşdülər. Sonda haqq yerini tapdı".

"Gəzə bilmədiyimi də unuduram"

İlk addımlarında yaşadığı çətinliklərdən danışan paralimpiyaçı, hərəkata üzv olduğu 10 ilə yaxın müddət ərzində özünəinamının əhəmiyyətli dərəcədə bərpa olunduğunu qeyd edir:

 "Oloxan Musayevdən sonra ikinci əlil arabası istifadəçisi kimi məşqlərə başladım. Hər işdə ilk addımlar çətin olur. Həm də nəzərə alsaq ki, mənim o vaxt artıq 33 yaşım vardı, uyğunlaşmağım ikiqat əziyyətlə başa gəldi. Mənimlə eyni durumda olanlar gəlirdi, lakin çox qısa vaxtdan sonra bezib gedirdilər. Şükürlər olsun, o çətin mərhələni keçib, bu günlərə gələ bilmişəm. Məşq, yarışlar, səfərlərdən qalan təəssüratlar başımı o qədər qatır ki, çox vaxt gəzə bilmədiyimi də unuduram".

Onu həyata bağlayan səbəblər bununla yekunlaşmır, əslində. 14 ildir həm də ailə başçısı olan Elvin iki övlad atasıdır. Yeri gəlmişkən, Elnur və Raul də ata və əmilərinin yolu ilə gedir.

Vacib olan qazanmaq yox, yarışmaqdır. Əsas şərt qalib gəlmək deyil, yaxşı mübarizə aparmaqdır. Müasir Olimpiya Oyunlarının qurucusu Pyer De Kubertenə məxsus olan bu sözlər sizlərə tanışdır, yəqin ki. Paralimpiyaçılar üçün isə ən mühüm şərt özündə güc tapıb, bu yola qədəm qoymaqdır. Azərbaycanda məhdudiyyətləri aşıb, cəmiyyətdə özünə layiqli yer tutan yetərincə mübariz insan var. Bu günədək belə insanlardan çox bəhs edilib, onlar daim cəmiyyətə nümunə göstərilib. Heç şübhəsiz ki, gənc yaşda başına gələn bədbəxt hadisənin ağır yükünü ram edib, uğurları sıralayan Elvin Astanov ən parlaq nümunələrdən biri, yeddidən yetmiş yeddiyə hamıya örnək olacaq idmançıdır.

İki ay öncə Paralimpiya zirvəsini fəth edən Elvin bununla kifayətlənmək istəmir. Sevimli peşəsində hələ bir neçə il də davam edərək canından çox sevdiyi vətəninə yeni-yeni uğurlar qazandırmaq arzusundadır.

Sahib Əsədbəyli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

Facebookdan bizi izləməyi unutmayın.
X