22:02 07.11.2021 1197

\"Medinanın cinahda olması vacib idi\" - Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 10-cu turunda "Sumqayıt"a qarşı keçirdikləri oyunu dəyərləndirib. 

Fanat.Az xəbər verir ki, o, 4:0 hesabıyla qələbə qazandıqları matçdan sonra qatıldığı ənənəvi mətbuat konfransında belə danışıb:
 
- Vacib oyun idi. Bəzi problemlərimiz var idi. Əsas heyət oyunçuların bir neçəsi meydanda yox idi. Futbolçular çox istəkli idilər. Rəqibə uğurlar arzu edirəm.
 
- Kevin Medina ilk dəfə sol cinahda oynadı... 
- Variantlarımızdan biridir. Bundan əvvəl də bir matçda bu mövqedə oynamışdı. Belə futbolçuları bəyənirəm. Bu gün futbol belə şeyləri tələb edir.
 
- Niyə məhz Medina cinahda oynadı?
- Bəzi nüanslar var ki, xırdalamasam, yaxşıdır. Bəzi tapşırıqlar verilmişdi. Rəqib o zonadan daha çox hücum edirdi. Orada Medina kimi bərk və sürətli futbolçunun olması vacib idi.
 
- "Kayrat"la oyundan sonra bu matçda tam heyətlə oynamağınızın səbəbi nə idi?
- Futbolçuların hazırlıq səviyyəsinə baxırıq. Oyunlarımıza baxsaq, daha yaxşıya doğru gedirik. Rahatçılıq var idi ki, futbolçular bu matçda da yüksək templə oynaya bilərlər. Oyunun əhəmiyyəti böyük idi.
 
- Musa Qurbanlının, yoxsa Ramil Şeydayevin qolu sizi daha çox sevindirdi?
- Bu dəfə qələbə daha çox sevindirdi.
 
- Ozobiçin ikinci penaltini vurmamasına siz qərar verdiniz?
- Bəli.
 
- Ardıcıl 2 qələbə qazandınız. Sabah da Azərbaycanda "Zəfər günü"dür. Təəssüratlarınız necədir?
- Bu zəfərə həddindən artıq çox sevinirəm. Bir azərbaycanlı olaraq torpaqlarımızın başqasında olması bizə təsir edirdi. Uzun illər idi ki, hər gün bu mövzu hər yerdə gedirdi. Bu qədər vaxtda belə zəfəri gözləmək və bunu əldə etməkdən böyük xoşbəxtlik olmaz. Əsgərlərimizin, şəhidlərimizin qəhrəmanlığından nə qədər danışsaq, kifayət etməz. Xalqımızın adı qalxdı. Çox şey demək olar. Nə qədər desək də, yetməz. Bu zəfərə çox sevinirik. İnanın ki, mən hər zaman bu komanda üzərində təzyiq hiss etmişəm. Bir azərbaycanlı olaraq hər zaman narahat olmuşam. Düşünmüşəm ki, uduzsaq, necə olacaq? Amma bu gün inanın ki, çox rahat və ürəkliyəm. Nə qədər qələbə qazansaq da, çox çalışsaq da, zəifliyimiz var idi. Torpaqlarımız işğal altında idi. Biz orada necə insanlar itirmişik, nə qədər övladlar yetim qalıb. Yenə deyirəm, bu haqda çox danışmaq olar. İndi uduzmaqdan qorxmuram. Biz qalib xalqıq. Futbol böyük elmdir. Nə qədər futbol varsa, inkişaf da var. İndi komandam daha ürəkli və inamlıdır. Məğlub olmaqdan qorxmuruq. Artıq 1 il keçsə də, hər gün bu zəfərdən danışırıq. Bizim ailəmizdə də bu mövzular gedir, videolar izləyirik. Biz qəhrəmanlarımızın əziyyətinin qarşlığını verə bilmərik. Güclü və inamlı xalq kimi böyüyürük. Artıq uşaqlar dünyaya qəhrəman kimi gələcəklər. Bu zəfər kitablara yazılacaq, böyük bir elm olacaq. Əvvəl tarixdə olan digər ölkələrin qələbələrindən danışırdıqsa, indi özümüzdən danışacağıq. Biz də hər zaman çalışmışıq ki, Ağdamın adını uca tutaq. Rəhbərliyə təşəkkür edirəm ki, belə çətin anlarda komandanı saxladı. Biz aşağı düşmədik, minimum öz mövqeyimizi qoruduq. Artıq 8 ildir ki, Avropada "Qarabağ" haqda danışırlar.
 
- Avrokuboklarda ilk dəfə pley-offa yüksəldiniz. Hər uğurdan sonda gözləntilər artır. İndidən qışla bağlı planlar cızmısınızmı?
- Bizim işimizin bir hissəsi transfer pəncərəsinə hazırlıqdır. Hər zaman demişəm ki, transfer dönəmlərində heyətə 1-2 futbolçu cəlb etməliyik. Bununla yanaşı, heyəti qorumaq da vacibdir. Oyunçularımızın sayı çox olmalıdır ki, sıx qrafikdə balansı qoruya bilək. Çalışırıq ki, alınsa, qışda heyətimizi gücləndirək. Bu klubun ayaqda durması üçün bu işlər görülməlidir. Yayda alınmayan variantlarımız var ki, qışda alına bilər. İşlər gedir.
 
- "Bazel"lə səfər oyunundan əvvəl Bakıda mətbuat konfransı təşkil etmək olar?
- Nə suallar verəcəksiz? Bunu nəzərə alarıq. 
 
- Ramil Şeydayevin oyunu haqda nə düşünürsüz?
- Özünə inamı artıb, çox çalışır. Onun istəyi, ondan tələblərimiz ona güc verir. Ümidlərimizi doğruldur və inanıram ki, daha güclü Ramil görəcəyik. Futbolçunun istəkli olması çox vacibdir. Ramil çox çalışır. 
 
- "Neftçi" və "Qarabağ" azarkeşləri arasında gərginlik artır. Bu gün də "Neftçi" əleyhinə şüarlar səsləndirdilər. Bu gərginliyi azaltmaq üçün bir açıqlamanız ola bilərmi? 
- Dünya futbolunda rəqiblər arasında mübarizəni artıran, daha yaxşılaşdıran azarkeşlərdir. Bunlar normal haldır. Etik qaydalara əməl etmək lazımdır. Bu gün atmacalar olsa da, etikadan kənara çıxılmadı. Düşünürəm ki, qarşıda azarkeşlərimizdən daha maraqlı şüarlar eşidəcəyik. Oyunları maraqlı edən azarkeşlərdir. 
 
- Samir Abasov ötən oyundan sonra azarkeşlərin şüarları ilə bağlı açıqlama verəndə sizdən nümunə gətirmişdi. Siz Abasovu qorumağa çalışsanız da, o, sizdən nümunə çəkir... 
- Bir fikir haqda çox danışanda bu, dəyərdən düşür. Bu məsələni belə saxlamaq lazımdır. Buna normal baxıram. Abasovla yaxşı münasibətim var. O, elə bir şey demək istəyib ki, düzgün anlaşılsın. Dediyi olub. Deyə bilmərəm ki, olmayıb. Bir-birimizə belə suallar verməsək, yaxşıdır. Öz işimizi görək.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

02 İyun 2024
22:45

"Zirə"yə alqış düşür" - Qurban Qurbanov 

22:30

"Bu oyun böyüməyimizə imkan verəcək" - Rəşad Sadıqov 

21:58

Azərbaycan Kuboku: "Qarabağ" "qızıl dubl" etdi

21:10

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR 

20:17

Maksim Medvedev karyerasını başa vurdu

20:00

"Şamaxı" Ramiz Məmmədovla bağlı qərar verdi

19:20

Toni Kroosun varisi bilindi - "8 nömrə"ni ona verəcəklər

18:33

"Sevilya"da yeni baş məşqçi - RƏSMİ

17:47

U-21-in heyətində dəyişiklik

17:24

Azərbaycanlı şahmatçı beynəlxalq turnirin qalibi oldu

16:50

"Qrupdan çıxmaq məqsədimiz yoxdur" - İordaneski

15:57

Ronaldu Naço ilə Kazemironu "dilə tutur"

15:18

"İnanıram ki, Peres mənimlə müqaviləni yeniləyəcək" - Vinisius

14:45

"Real"da eqolu futbolçu yoxdur" - Ançelotti 

14:00

AÇ:  Azərbaycan millisi inamlı qələbə ilə başladı

13:40

Joze Mourinyu "Fənərbağça"nın yeni baş məşqçisidir - RƏSMİ

13:00

Daha bir Azərbaycan boksçusu Paris-2024-də

12:33

Final oyununa təyinatlar bilindi

12:24

Qəbələdə beynəlxalq turnir keçirilir

11:32

"Arsenal" Zinçenko ilə bağlı qərarını verdi

10:55

Günün oyunları bu kanallarda - AFİŞA

10:26

"Qarabağ" ÇL-ə ikinci mərhələdən başlayacaq

09:30

Niderlandlı oyunçu İtaliya çempionundan ayrılacaq

00:51

"Real" ÇL-in qalibi oldu

01 İyun 2024
23:09

Asif Əsgərov UEFA-nın komitəsinin iclasında iştirak etdi

21:23

Qəbələdə şəhid övladları üçün yay düşərgəsi başlayıb

18:44

"Napoli"nin futbolçusu Ronaldunun komandasına keçə bilər

18:22

Rəşad Sadıqov final oyunu barədə fikirlərini bölüşdü

17:35

Neymar son nöqtəni qoydu - Gedir?

01 Yanvar 1970
04:00

17:14

"Zirə"yə qarşı oynamaq həmişə çətindir" - Qurban Qurbanov

16:49

"Şamaxı" Əbili də yola saldı

16:26

Misli Premyer Liqasında yeni mövsüm bu tarixdə start götürəcək

15:55

ABŞ şirkəti "Everton"u ala bilmədi

15:39

"Real" Londona uça bilməyən azarkeşlərinin könlünü belə alacaq

14:57

Bunu Azərbaycan Kubokunda 3 komanda bacarıb

14:28

"Qalatasaray" Mertenslə bağlı qərarını verdi

14:00

Rafinya Səudiyyə Ərəbistanı klubunda?

13:26

Sarriyə rekord məbləğdə təklif

13:10

"Qalatasaray" "Barselona"nın ulduzuna göz dikib

Facebookdan bizi izləməyi unutmayın.
X