17:44 10.11.2021 1452

Erməni ilə qarşılaşacaq qadın idmançımız: "Kişi döyüşçüyə də qalib gələrəm"

Noyabrın 13-14-ü tarixlərində Türkiyənin İstanbul şəhərində Yusif Döyüş Çempionatının (YFC-9) təşkil etdiyi turnirdə MMA üzrə azərbaycanlı qadın döyüşcü Gözəl Zutova da qüvvəsini sınayacaq. Şənbə günü təmsilçimiz erməni idmançı Namre Marqarosyana qarşı döyüşəcək. 

Zutova görüşə hazırlıqla bağlı fikirlərini Fanat.Az-la bölüşüb. 

"Bir müddət yalnız çəki atmaqla məşğul idim. Çəkimi 14-15 kilo azaltmışam. 5 raund hər biri 5 dəqiqədən ibarət 66 kq çəki dərəcəsində döyüşəcəyəm.

Bütün fikrimi hazırlığa vermişəm. Sosial həyatdan bir müddət kənarda qalmışam. İnsanlar özləri də istəmədən, bilmədən mənim üçün psixoloji problemlər yaradır. Sosial şəbəkələrdə erməni döyüşçü ilə qarşılaşacağımı bilib "başını əz", "əlini, qolunu qır" kimi şərhlər yazırlar. Düzdür, düşmən ölkəni təmsil edir, düşmənin başını əzmək borcumuzdur, amma bu beynəlxalq yarışdır. Mənim çalışdığım odur ki, Azərbaycan reytinqdə istənilən halda onlardan (ermənilərdən) yüksəkdə olsun. 

Azərbaycanla Ermənistan arasında olan problemlər beynəlxalq idman aləmində izləyicilərinə maraqlı deyil. Amma reytinq məsələsi həmişə aktualdır. Buna yanaşma ciddi və ehtiyyatlı olmalıdır. Xırda qayda pozuntusu reytinqimizin aşağı düşməsinə səbəb ola bilər. Mən idmanda sağlam mübarizənin tərəfdarıyam. Hər şey qaydalar çərçivəsində olmalıdır." 

İdmançımız bu gün Türkiyəyə yola düşəcəklərini bildirib: "Bu gecə saat 4-də yola düşürük. Noyabrın 12-si döyüşdən əvvəl çəki yoxlanışı olacaq, 13-ü isə döyüşə çıxacağam. Ayın 16-sı geri dönməyimizi planlaşdırırıq. İnşallah, kəmərlə qayıdaram Azərbaycana".

Döyüşçümüz hazırki fiziki forması barədə isə" Yarışa çox yaxşı hazırlaşmışıq. Öz çəkimdə nəinki erməni qadın, hətta kişi döyüşçüyə də qalib gələrəm" - deyib.

Xatırladaq ki, idmançılar arasında döyüş noyabrın 13-ü "Yahya Kemal Gösteri Merkezi"ndə keçiriləcək.

Emin Şəmsiyev

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

20 May 2024
11:31

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

11:10

"Neftçi" 50-yə çatdı

10:54

Çövkən Liqasında iştirak edəcək 10 komanda bilindi

10:38

27 ilin rekordu

10:19

İngiltərə nəhəngi "Bayer"in futbolçusunu transfer edir - 60 milyona 

09:57

DÇ: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

09:35

“Sabah”dan vacib qələbə, “Qəbələ” dayanmaq istəmir – Tura baxış

09:10

Mbappenin qardaşı da "Real Madrid"ə keçəcək? - Aydınlıq gəldi

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

Facebookdan bizi izləməyi unutmayın.
X