10:48 27.12.2021 1284

"Nazirlikdən deyiblər ki, guya məni evlə təmin ediblər" - Gözəl Zutova

Ötən ay Türkiyənin İstanbul şəhərində keçirilən MMA döyüşü üzrə "Yusif Fighting Championship" turnirində təmsilçimiz Gözəl Zutova erməni rəqibi Nare Narqarosyana 10 saniyəyə nokaut edərək qalib olub. 

Bir neçə gün öncə Gənclər və idman naziri Fərid Qayıbov xanım idmançı ilə görüşüb və qələbə münasibəti ilə təbrik edib. 

Uğurları ilə adından bəhs etdirən Zutova gələcək planları ilə bağlı Fanat.Az-a danışıb:

- Türkiyədə erməni idmançıya qalib gəldiyim yarış bu il iştirak etdiyim yeganə turnir deyildi. İyul ayında həmin ölkədə keçirilən Qran Pridə də çempion oldum. 

2020-ci ildə isə qrafik daha çətin olmuşdu. Ümumilikdə 9 döyüş keçirmişdim. Gələn ilə də planlarımız var. Yarışlara qatılmaq niyyətindəyik. Amma bu elə məsələdir ki, öncədən bilmək olmur. Müqavilələr nəzərdə tutulur. Hazırda döyüş menecerləri mənim mümkün döyüşlərimlə bağlı razılaşmaların üzərində çalışırlar. Bir daha qeyd edim ki, öncədən demək olmur. Özüm də hazırda bundan xəbərsizəm. Amma döyüş, tarixi, rəqib və keçiriləcək ölkə müəyyən olunduqdan sonra mətbuat bundan mütləq xəbər tutacaq. 

- Azarkeşlər və fəaliyyətinizi kənardan dəstəkləyənlər yaxşı formada olduğunuzu görür. Amma fiziki durumunuzu özünüz daha yaxşı bilirsiniz. Döyüşçü olaraq karyeranızı nə vaxt bitirməyi planlaşdırırsınız? 

- UFC-yə getməyimə az qalıb. O yarışda iştirak edib, kəmərlə qayıtmağı planlaşdırıram. Bu istəyim reallaşsa, həmin titulla Azərbaycan çatan kimi, elə hava limanında idmanla vidalaşacağam.

- Gənclər və idman naziri Fərid Qayıbovla görüşünüz oldu. Təəssüratlarınız...

- Bəli, görüşümüz oldu. Əvvəlcə qeyd etməliyəm ki, olduqca səmimi insandır. Bəlkə də yaxından tanımayanlar bilmir, amma həqiqətən istiqanlı biridir. Bir sözlə, çox yaxşı insandır. Mənə mənəvi dəstəyini nümayiş etdirdi. Növbəti ildə də Azərbaycanı döyüş idman növündə təmsil edən xanım kimi dəstəkləyəcəyinə söz verdi. Çoxları "Nazir sənə hansı mükafatı təqdim etdi?" sualını verir. Heç bir mükafat olmayıb.

Ümumiyyətlə, bu mövzu açılmışkən bir məsələyə aydınlıq gətirmək istərdim. Bəziləri mənim yerimə cavab verib ki, guya mənə ev verilib. Döyüşçü olaraq 18 illik karyeram ərzindən ev, avtomobil, pul kimi mükafatım olmayıb. Mən hərbçiyəm və hərbçilər üçün nəzərdə tutulmuş müvəqqəti evdə yaşayıram. Sənədli olaraq mənə dövlət tərəfindən heç bir mənzil və ya digər daşınmaz əmlak verilməyib. Bu günlərdə çalışdığım Fövqəladə Hallar Nazirliyinə mətbuatdan zəng olunub və ordan cavab veriblər ki, məni evlə təmin ediblər. Dövlət tərəfindən rəsmi sənədlə mənə ev verilməyib. Türkan qəsəbəsində hərbi şəhərçikdə müvəqqəti olaraq yaşayıram. Hər gün 50 kilometr yol gedib-gəlirəm. Yəni deməyim odur ki, o hərbi hissənin balansında olan evdir. Mən idmançıyam, xüsusəndə zədə riski böyük olan yarışlarda iştirak edirəm. Bundan əlavə xüsusi riskli xilasetmədə işləyirəm, yanğın olsun, suda və ya quruda olsun, bu zaman da zədələnməyəcəyimə təminat yoxdur. Mən ağır zədə alıb işə və idmana yararsız olsam, övladımla birgə çöldə qala bilərəm.

Emin Şəmsiyev

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

20 May 2024
11:10

"Neftçi" 50-yə çatdı

10:54

Çövkən Liqasında iştirak edəcək 10 komanda bilindi

10:38

27 ilin rekordu

10:19

İngiltərə nəhəngi "Bayer"in futbolçusunu transfer edir - 60 milyona 

09:57

DÇ: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

09:35

“Sabah”dan vacib qələbə, “Qəbələ” dayanmaq istəmir – Tura baxış

09:10

Mbappenin qardaşı da "Real Madrid"ə keçəcək? - Aydınlıq gəldi

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

Facebookdan bizi izləməyi unutmayın.
X