15:33 27.12.2021 682

"Yeni rəhbərlik tapşırıq verib ki, ...." - Federasiya rəsmisi

"Bir çox idman növləri kimi, velosiped idmanında da ilin əsas hadisəsi Tokio Yay Olimpiya Oyunları idi. Bu, bizim dördilliyin zirvə yarışında üçüncü iştirakımız oldu. Önəmli məqam ondan ibarət idi ki, Olimpiadada tarixdə ilk dəfə yerli idmançı ilə təmsil olunduq. Üstəlik, lisenziyanı yalnız azərbaycanlı velosipedçilərdən ibarət komanda əldə etmişdi. Doğrudur, təmsilçimiz - şose velosipedi üzrə yığmanın lideri Elçin Əsədovun finişə çata bilməməsi hamımızı üzdü. Ancaq idmançımız yarışın ilk mərhələlərindən etibarən uzun müddət liderlər qrupunda mübarizə apardı. Belədə Oyunları yayımlayan dünyanın bir sıra aparıcı telekanalları dəfələrlə ölkəmizin, Azərbaycanın yetirməsi olan idmançının adını vurğuladı. Bu da özlüyündə sevindirici hal kimi qiymətləndirilə bilər".

Bunu Fanat.Az-a ilin yekunları ilə bağlı danışarkən Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətinin rəhbəri Pərviz Musayev deyib.

Qurum sözçüsü gənc idmançıların il ərzində göstərdiyi nəticələrə də diqqət çəkib:

"Bundan başqa, Türkiyədə idmançılarımızın iştirakı ilə bir sıra yarışlar baş tutdu. Həmin turnirlərdə gənclər kateqoriyasında çıxış edən Nikita Stov mükafata layiq yer tuta bilməsə də, onun ilk "5-lik"də, "10-luq"da qərarlaşması uğur kimi qələmə verilə bilər. Nikitanın ad-soyadı sizləri çaşdıra bilər. Deyim ki, o da Azərbaycan velosiped idmanının yetirməsidir. Həmçinin qız idmançımız Ayan Xankişiyeva İsveçrədə yerləşən Dünya Velosiped Mərkəzinin təlimlərinə cəlb olundu. Təlimlərin əvvəlindəcə Ayan özünü yaxşı tərəfdən göstərdi. Bunun nəticəsi olaraq mərkəzin kontinental komandası onunla peşəkar müqavilə bağladı. Gələn ilin əvvəlində Ayan yenidən İsveçrəyə yola düşəcək. Bu dəfə o, artıq trek komandasının tərkibində hazırlıqlara cəlb ediləcək. Planlaşdırıq ki, Ayan 2022-ci ildə Türkiyədə keçiriləcək İslam Həmrəyliyi Oyunlarında trek velosipedi üzrə mübarizədə iştirak eləsin".

İlin sonunda federasiyada hesabat-seçki konfransının keçirilməsini xatırladan Musayev yeni rəhbərliyin qarşıya qoyduğu hədəfləri açıqlayıb: 

"İlk olaraq qeyd edim ki, artıq federasiyada maddi-texniki təminatın yaxşılaşdırılması ilə bağlı işlər başlayıb. Federasiyamızın yeni prezidenti, müdafiə sənayesi naziri Mədət Quliyev tərəfindən 2022-ci ildə qarşıya qoyulan başlıca hədəf həm şose, həm trek velosipedi üzrə rəqabətədavamlı komandanın formalaşdırılmasıdır. Rəhbərlik həmçinin BMX və dağ velosipedinin inkişafı ilə bağlı müvafiq tapşırıqlar verib.

Növbəti ildə bizim üçün əsas idman tədbirləri V İslam Həmrəyliyi Oyunları və Avropa Gənclərinin Yay Olimpiya Festivalı olacaq. Artıq həmin yarışların hazırlıqlarına start verilib. Ümumilikdə, il ərzində rəqabətədavamlı komandaların formalaşdırılması daha sonrakı ildə Olimpiadaya lisenziyaların əldə olunması baxımından vacibdir. Onu da nəzərə çatdırım ki, hazırda Olimpiadaya lisenziya məsələsi bir qədər çətinləşib. Konkret desək, gender bərabərliyi prinsipinə əsasən, kişilər üçün vəsiqə sayı azaldılaraq, qadınlarla eyniləşdirilib. Tokioda kişilərin şose velosipedi üzrə qrup ötüşməsində 130 iştirakçı var idisə, Paris-2024 üçün 90 yer ayrılıb. Bu da, əlbəttə, rəqabəti artıracaq. Digər tərəfdən qadın idmançıların sayının artmasını sevindirici məqam kimi dəyərləndirə bilərik. Ümid edirik ki, bu, inkişaf etməkdə olan digər ölkələr kimi, bizdə də qadın velosipedçilərin Olimpiadaya yolunu açacaq. Ümumilikdə, hədəflər kifayət qədər böyük və çoxşəxəlidir. İnanırıq ki, yeni rəhbərliyin diqqət və qayğısı altında bütün bu planlar yüksək səviyyədə həyata keçiriləcək və qarşıdakı Olimpiya tsikli bizim üçün uğurlu olacaq".

Sahib Əsədbəyli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

20 May 2024
13:18

Peşəkar Çövkən Liqasının püşkü atılıb

13:01

"Real"ın ulduzu sıradan çıxdı - ÇL-in finalında oynamayacaq

12:43

"Onlar bizi məğlub etmək istəmirdilər" - Rodri

12:24

Region Liqasının bürünc mükafatçısı II Liqanı arzulayır: "Nəticələrimiz göz qabağındadır"

12:06

"Brayton"dan ayrılan De Dzerbi gələcəyi barədə danışdı

11:49

Foden rekorda imza atdı

11:31

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

11:10

"Neftçi" 50-yə çatdı

10:54

Çövkən Liqasında iştirak edəcək 10 komanda bilindi

10:38

27 ilin rekordu

10:19

İngiltərə nəhəngi "Bayer"in futbolçusunu transfer edir - 60 milyona 

09:57

DÇ: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

09:35

“Sabah”dan vacib qələbə, “Qəbələ” dayanmaq istəmir – Tura baxış

09:10

Mbappenin qardaşı da "Real Madrid"ə keçəcək? - Aydınlıq gəldi

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

Facebookdan bizi izləməyi unutmayın.
X