14:34 20.01.2022 1021

"Nə vururdularsa, qapıçımız buraxırdı" - MÜSAHİBƏ 

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb)

Futzal üzrə Azərbaycan millisi Niderlandda AÇ-2022-yə hazırlaşır. 

Fanat.Az xəbər verir ki, yığmamızın Avropa çempionatında ilk oyununu yanvarın 22-də Gürcüstana qarşı keçirəcək. 

Qroningen şəhərində baş tutacaq oyun Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.

19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin baş məşqçisi Ağatahir Əzimov seçməmizin AÇ-2022-də şanslarını qiymətləndirib:

"Millimiz üçün çox çətin olacaq. Başlayaq Gürcüstandan. Onların heyəti olduqca güclüdür. İspaniyanın potensialı isə hər kəsə bəllidir. İstənilən komanda üçün çətin rəqibdir. Bosniya və Hersoqovina da zəif rəqib deyil. Bir sözlə, qrupdan çıxmaq çox çətin olacaq. Bizim heyətdə isə milliləşdirilmiş 3 braziliyalıdan ikisi koronavirusa yoluxub. Millimizin Belçika ilə yoldaşlıq oyununda da boşluqlar nəzərə çarpdı". 

Millimizin sabiq üzvü özünün çıxış etdiyi dönəm ilə hazırki vəziyyəti də müqayisə edib:

"Bizim oynadığımız dönəmdə azərbaycanlı futzalçılar səviyyəcə çox mükəmməl oyunçular idi. Alessio gələndə bizdə yerli futzalçılar çox idi. Sadəcə olaraq o, yerlilərdən daha çox braziliyalılara üstünlük verdi. Fikrimcə, Alessionun komandadan kənarlaşdırdığı yerli futzalçılarımızın bu gün komandaya çox faydası dəyə bilərdi. Ondansa, gənc həmyerlilərimizi yaxşı futzalçı kimi formalaşdırardı. Bu gün bizdə gənc futzalçı yetişdirmək olduqca çətindir". 

Təcrübəli mütəxəssis çalışdırdığı U-19 yığmamız barədə də söhbət açıb:

"U-19 millimiz üçün yaxşı futzalçı yetişdirmək uğrunda işlər aparırıq. Amma daha öncə qeyd etdiyim kimi, bu, olduqca çətindir. Çünki bizim öz uşaq məktəbimiz yoxdur. Küçələrdə isə futbol oynayan uşaqlara nadir hallarda rast gəlirik. Yəni, məhəllə futbolundan da kimisə cəlb edib üzərində işləmək olmur. Bizə qalan tək variant böyük futboldan kadr cəlb etməkdir. Boyük futbol klubları isə yetişdiriyi uşaqları bizə vermir. Yaxşı oyunçu tapıb düşünürsən ki, onu milliyə çağırım. Amma klubuna müraciət edəndə "yox" cavabı alırıq. 

Həmin klublar belə gəncləri özləri üçün saxlayıb lazım olduğu kimi istifadə edir. Mən hansısa oyunçunu bəyənib millidə oynaması üçün baş məşqçisinə müraciət edirəm, o isə mənim seçdiyimi deyil, alternativ olaraq başqa futbolçunu təklif edir. Həmin oyunçular isə lazım olan effekti vermir. Ancaq məcbur qalıb onları futzalçı kimi yetişdirməyə çalışırıq. Bu da olduqca çətin prosesdir, hətta mümkün olmayan bir işdir. 

Hazırda çalışdığım uşaqlarda artım müşahidə olunur. Amma bir ildən sonra onlar lazım olan kimi oynaya bilməyəcəklər. Biri var kimisə uşaqlıqdan buna kökləyirsən və zamanı çatanda "bişmiş" futzalçı olur, biri də var 17-18 yaşında gələ futzala. Belə olanda hardasa 3-4 ildən sonra başlayır normal oynamağa. Burda isə biz vaxt itiririk. Böyük futboldan bizə dəstək olsaydı, U-19-dan əsas milliyə yaxşı futzalçılar verə bilərdik. Hazırda isə əlimizdə olan futzalçılarımızın bir neçəsi istisna olmaqla qalanları zəif təsir bağışlayır. Həm də bizdə elə yaş qrupudur ki, oyunçuların hərbi xidmətə getməsinə görə əziyyət çəkirik. Məsələn, Kazanda keçirilən turnirə gedəndə hər iki qapıçımızı hərbi xidmətə aparmışdılar. Məcbur olub iki nəfər yeni qapıçı cəlb etdik. Belarus millisi ilə oyunun ilk hissəsində mübarizə apara bildik, amma ikinci hissə bizim üçün çox çətin oldu. Hesab 2:0 idi və onları sıxmışdıq. Ancaq əsas qapıçımız qırmızı vərəqə alaraq meydanı tərk etdi. İkinci qapıçı isə sən demə zəif imiş. Məcburiyyətdən onu meydana buraxmalı oldum. O da nə vurdularsa, buraxdı. Əlimizdə işləmək üçün resurs yoxdur və məcburuq olanla kifayətlənək. Ona görə də əsas komanda üçün "fabrik" funksiyasını yerinə yetirə bilmirik. 2-3 nəfər var ki, gələcəkdə onlarda alınacaq. Amma hazırda əsas milliyə kömək edə bilmirik". 

Emin Şəmsiyev

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

Facebookdan bizi izləməyi unutmayın.
X