Serbiyanın Novi Sad şəhərində keçirilən yeniyetmə və gənclərin Avropa birinciliyinin dördüncü yarış günündə gənc sablyaçılarımız Saleh Məmmədov, Maqsud Hüseynli və Murad Əkbərov komanda yarışında qüvvələrini sınayıblar.
Fanat.Az xəbər verir ki, ən güclü "səkkizliy"ə yüksəlmək uğrunda keçirilən görüşdə Bolqarıstanı təmsil edən seçmə kollektivə 30:45 hesabı ilə uduzan komandamız 9-12-ci yerlər uğrunda mübarizədə Rumıniya (38:45) və Türkiyə yığmasına (39:45) məğlub olub.