Bu gün UEFA Konfrans Liqasında 1/8 final mərhələsinə start verilib.
Fanat.Az xəbər verir ki, bütün oyunlar eyni gündə keçirilib.
Bu raundun diqqət çəkən matçlarından biri Fransada baş tutub. Pley-off mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran "Olimpik Marsel" "köhlən atlar"la eyni qrupda yer almış İsveçrə "Bazel"ini qəbul edib. Matç fransızların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, cavab qarşılaşmaları martın 17-də keçiriləcək.
UEFA Konfrans Liqası
1/8 final, ilk oyunlar
10 mart
PAOK (Yunanıstan) - "Gent" (Belçika) 1:0
Qol: Kurtiç, 58.
"Slaviya" Praqa (Çexiya) - LASK (Avstriya) 4:1
Qollar: Sor, 3, 29, Baliç, 67, Olayinka, 83 - Traore, 85.
"Vitess" (Niderland) - "Roma" (İtaliya) 0:1
Qol: Serjiu Oliveyra, 45+1.
"Partizan" (Serbiya) - "Feyenoord" (Niderland) 2:5
Qollar: Natxo,13, Yoviç, 46 - Toornstra, 20, 77, Dessers, 52, Qertreyda, 64, Sinisterra, 71.
"Olimpik Marsel" (Fransa) - "Bazel" (İsveçrə) 2:1
Qollar: Milik, 19-pen., 68 - Espozito, 79.
"Lester" (İngiltərə) - "Renn" (Fransa) 2:0
Qollar: Olbrayton, 30, İheanaço, 90+3.
PSV (Niderland) - "Kopenhagen" (Danimarka) 4:4
Qollar: Qakpo, 21, 70, Doan, 50, Zahavi, 85 - Yohannesson, 6. Biel, 23, 78, Lerager, 43.
"Budyo Qlimt" (Norveç) - AZ (Niderland) 2:1
Qollar: Pelleqrino, 39, Solbakken, 90+1 - Abuhilal, 73.