Azərbaycan Kikboksinq Federasiyasının (AKF) Hakimlər Kollegiyasına sədr təyin olunub.
Federasiyanın mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, Fəxrəddin Quliyev AKF-nin Hakimlər Kollegiyasının sədri təyin edilib.
Bu münasibətlə AKF-nin prezidenti Orxan Əliyev ona vəsiqəsini təqdim edib.
Tədbirdə, həmçinin O.Əliyev martın 12-də WJF-19 turnirində erməni əsilli Gürcüstan idmançısı Qela Xoceliyana qalib gələrək kəmər qazanmış Məhəmməd İmanovla görüşüb və onu qələbə münasibətilə təbrik edib.