15:57 11.04.2022 463

Hər şey “Sabah” üçün – Tura baxış

Azərbaycan Premyer Liqasının XII turunda bir-birindən maraqlı qarşılaşmalara şahidlik etdik.

Bu turda daha bir əlamətdar hadisə baş verdi. “Keşlə”nin addəyişmə prosesi və Şamaxıya köç etməsi prosesi yekunlaşdı. Artıq ölkə çempionatının iştirakçıları Qəbələylə yanaşı Şamaxıya da səfər etməli olacaqlar. 

“Şamaxı” – “Neftçi” 1:2 
Qollar:
Rəhman Hacıyev, 10 - Tiaqo Bezerra, 60. Ramon Maçado, 72

Şamaxıdakı ilk qarşılaşma xeyli maraqlı və əsl bayram ab-havasında keçdi. Bu qələbəliyə rəqibin “Neftçi” olması da öz təsirini göstərmişdi. Yerli sakinlər ölkənin ən qocaman klubunu iş başında görmək üçün stadionun yolunu tutmuşdular. Görüşü canlı izləyənlər arasında Bakıdan gələn xüsusi qonaqlar vardı. Belə ki, AFFA və PFL rəhbərliyi tam heyətlə bölgəyə yollanmışdılar. Tam əminliklə demək olar ki, həmin gün tribunalarda əyləşənlər vaxtlarını boş yerə xərcləmədilər.

İlk dəqiqələrdən irəli atılan meydan sahibləri artıq 10-cu dəqiqədə hesabda irəli çıxdılar. Rəhman Hacıyev cərimə zərbəsindən baxımlı qola imza atdı. Gözləmək olardı ki, “Şamaxı” da ilk dəfə meydana çıxdığı stadionda uyğunlaşma problemindən və tribunalardakı qələbəlikdən əziyyət çəkəcəklər. Amma belə olmadı. Tribunaları dolduran azarkeşlərin dəstəyini hiss edən “Şamaxı” birinci hissədə rahat oynadı və rəqibə hesabı bərabərləşdirmək üçün ciddi fürsət vermədi. Amma səviyyə fərqi özünü 60-cı dəqiqədən sonra göstərdi. Həlledici sözü “Neftçi”nin legionerləri dedi. Bezerra 60-cı dəqiqədə Namaşkonu və yerli azarkeşləri məyus etdi. Bundan 12 dəqiqə sonra isə Maçado “Şamaxı”nın bayramını korladı. Qələbə qolunun vurulmasında rəqibin cərimə meydançasına qədər gələn müdafiəçi Azər Salahlının əməyi də böyük idi.

Qazanılan zəfər “Neftçi” üçün əhəmiyyəti idi. Çünki ikincilik uğrunda mübarizədə əsas rəqiblər sayılan “Zirə” ilə “Qəbələ” bu tur xalsız qaldılar. 41 xala malik “Neftçi” artıq 2-ci pillədə özünü xeyli rahat hiss edə bilər. Onun ən yaxın izləyicisi beş xal geridədi. 6-cı pillədəki “Şamaxı”nın 20 xalı var.

“Sabah” – “Zirə” 3:1
Qollar:
Zurab Oçiqava, 40. Coy-Lens Mikels, 58. Xulio Sezar Rodrigez, 90+5 - Hamidu Keyta, 48.

“Zirə” Masazırdan əliboş döndü. Özü də etibarlı müdafiəsi ilə ad çıxaran qəsəbə təmsilçisi qapısında üç qol gördü. Ola bilsin ki, buna əsas qapıçı Mehdi Cənnətovun cəza səbəbindən bu oyunu buraxması də təsir etdi. İstənilən halda, heç bir məqam “Sabah”ın vacib və haqlı qələbəsinə kölgə sala bilməz. Murad Musayevin komandası bütün komponentlərdə rəqibini üstələməyi bacardı. Maraqlı, eyni zamanda təəssüfləndirici haldı ki, tabloya adını yazdıran dörd futbolçunun dördü də legionerlər oldu. Yerli futbolçuların arxa planda qalması heç də xoş görüntü deyil, amma acı reallıq belədir. Bizimkilər limit olmasa, çətin ki, heyətdə özlərinə yer tapa bilələr.

Təkcə bu məqamı saymasaq, Masazırdakı qarşılaşma sözün bütün mənalarında izləyənlərin zövqünü oxşadı. “Bank Respublika Arena”da güzəştsiz mübarizəyə, bir-birindən baxımlı dörd qola şahidlik etdik. 58-ci dəqiqədə Mikelsin qoluyla önə keçən meydan sahibləri qələbəyə şübhə yeri qoymamışdılar. Xulionun 95-ci dəqiqədə gələn qolu oyunun məntiqi axarına da uyğun oldu və “Sabah”ın inamlı qələbəsini rəsmiləşdirdi.

36 xalda qalan “Zirə” artıq “Neftçi”dən xeyli geri qalır. Əvəzində “Sabah” xalını 32-yə yüksəltməyi bacarıb. Bu isə o deməkdi ki, “tələbələr”i 4-cü pillədəki “Qəbələ”dən cəmi iki xal ayırır.

“Sumqayıt” – “Qarabağ” 0:3 
Qollar:
Kadi Borqes, 16. Marko Veşoviç, 67. Leandro Andrade, 69.

Ötən turun şərhi zamanı “Qarabağ”ın çempionatda rəqib tanımadığını xüsusi şəkildə vurğulamışdıq. “Sumqayıt”la oyun bir daha bu həqiqəti isbatlamış oldu. “Gənclik şəhəri”nin təmsilçisi qələbə üzünə həsrətdir. Aleksey Baqanın gəlişi də vəziyyəti yaxşılığa doğru dəyişməyib. Əksinə, günü-gündən durum daha da pisləşir. “Sumqayıt” 21 oyuna cəmi üç qələbə qazanıb. Həmin o qələbələr də Ayxan Abbasovun dövrünə təsadüf edir. Belarusiyalı çalışdırıcı Aleksey Baqa ümumiyyətlə, qələbə görməyib. Hiss etmək çətin deyil ki, Baqa heyətdə “təmizləmə” əməliyyatı aparmaq üçün günləri sayır və yayda “Sumqayıt”ı böyük dəyişikliklər gözləyir.

“Qarabağ” isə hər ötən tur növbəti çempionluğa doğru yaxınlaşır. 52 xalı olan ağdamlılar ən yaxın izləyicisi “Neftçi”ni 11 xal qabaqlayır. “Sumqayıt” isə topladığı 14 xalla 7-ci sıradadır və yalnız əlavə göstəricilərə görə son pillədəki “Səbail”i qabaqlayır.

“Səbail” – “Qəbələ” 3:0 
Qol:
Adil Nağıyev, 41. Nikolas Raysel, 68. İbrahim Aslanlı, 73.

“Qəbələ”nin işləri heç cür qaydasında getmir. Sanki “qırmızı-qaralar” “qara zolağ"a düşüb. Sonuncu dəfə “Sumqayıt”ı səfərdə darmadağın edən bölgə təmsilçisi o oyundan sonra qələbəyə həsrətdir. “Zirə” və “Keşlə” ilə doğma meydanda bərabərliyə razılaşan “Qəbələ” səfərdə “Neftçi”ylə “Səbail”ə uduzub. Özü də hər ikisində böyük hesabla. Təbii, qarşılaşmadan öncə kimsə “Səbail”in “Qəbələ”yə üç cavabsız top vuracağını proqnozlaşdıra bilməzdi. Aftandil Hacıyev və onun yetirmələri üçün “Qəbələ” ilə oyun şirin və unudulması çətin olan yuxu kimi keçdi. Adil Nağıyev “qol pərdəsi”ni 41-ci dəqiqədə açdı. Raysel 68-ci dəqiqədə üstünlüyü artırdı, az sonra İbrahim Aslanlı isə yekun hesabı müəyyənləşdirdi.

“Səbail” xalını 14-ə yüksəldib və artıq xal hesabına görə “dənizçilər” “Sumqayıt”la 7-ci pilləni bölüşdürür. 34 xallı “Qəbələ” isə artıq “Sabah”ın “isti nəfəsi”ni hiss edir.

Amal Abuşov

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X