14:10 12.04.2022 3618

\"İstərdim ki, \"Keşlə\" öz yerində qalsın\" - Rail Məlikov

Azərbaycan Premyer Liqasının 22-ci turu əlamətdar oldu. "Keşlə" "Şamaxı" adı ilə sözügedən şəhərdə ilk oyununu keçirdi. Bundan başqa, bu oyundan əvvəl "Şamaxı"nın iki üzvü - Rail Məlikov və Ruslan Əmircanov futbolçu karyeralarını rəsmən başa vurdular.

Fanat.Az keçmiş milli üzvü Rail Məlikovla söhbətləşib.  

- Şamaxıda futbolla rəsmən vidalaşdın. Hansı hissləri keçirirsən?
- Özümü buna hazırlamışdım. Klub məni bu mövsüm oyunçu-məşqçi kimi sifariş etsə də, meydana çıxmadım. Yəni əvvəlcədən planlaşdırılmış bir gediş oldu. Müqaviləmdə nəzərdə tutulmuşdu ki, tədricən məşqçiliyə başlayım. B kateqoriyalı kursa yazıldım. Məqsədim bu ildən məşqçi kimi püxtələşmək idi. Qərara gəldik ki, vida oyunum Şamaxıdakı ilk oyuna salınsın. Beləliklə, işin rəsmi tərəfi icra olundu.

Təəssürata gəlincə, açığı, şənbə gününə qədər tam dərk etmirdim. Çünki həm komandanın məşqlərində iştirak edirəm, həm məşq keçirəm. Amma tədbirdən sonra qəbul etdim. Baxmayaraq ki, müəyyən qədər alışmışdım. Karyeramboyu daim əsas heyət üzvü olmuşam, bu mövsüm isə rəsmi oyunda meydana çıxmadım. Futbolçu həyatı qısadır, vaxt tez keçir. Əvvəl-axır butsları divardan asmalı olursan. Yeddi, on il bundan əvvəl bu günü təsəvvür etməzdim. Bu gün artıq reallığı qəbul etməyə məcburam. Çünki gənclər yetişir, nəsillər dəyişir. 

- Kateqoriya almısan?
- Yeddi aylıq prosesi başa vurduq. Hazırda kurs iştirakçıları ilə bir-bir görüşürlər. Hələ rəsmən açıqlanmayıb. Konfidensial olduğu üçün mən də indidən nəsə demək istəməzdim. Ordakılar kimin kateqoriyaya yiyələndiyini bilir. İnşallah ki, mən də almışam.

- Şamaxı təəssüratlarını bilmək istəyirik.
- Sevindirici haldır ki, bölgədə yeni komanda fəaliyyət göstərəcək. Baxmayaraq ki, klubumuz əvvəl "Xəzər Universiteti", "İnter" və "Keşlə" adlanıb. Uzun illər "Şəfa" stadionunda (indiki "ASK Arena") məskunlaşıb. Bir tərəfdən adam kövrəlir ki, ölkə futbolunda iz qoymuş bir klubdur. İstərdim ki, "Keşlə" öz yerində qalsın, Şamaxıda, ümumiyyətlə, digər bölgələrimdə yeni klublar yaradılsın, hər rayonumuzun öz komandası olsun. Artıq qərar verilib, biz icraçılarıq. Ona sevindim ki, Şamaxıda insanlar böyük futbola görə çox sevinirdilər, bayram ab-havası var idi. Biz bir gün əvvəldən ora getmişdik. Şəhər sakinləri komandanı xoş qarşıladılar. Çox gözəl görüntülər izlədik.

Şamaxıda uşaq futboluna diqqət yetiriləcək. Daha doğrusu, artıq prosesə start verilib. Vəli müəllim (Vəli Qasımov) bir müddətdir ordadır, seleksiya edilir, məşqlər keçirilir. İnanıram ki, bir neçə ildən sonra Şamaxıdan da istedadlı futbolçular üzə çıxacaq.  

- Üzdə olan futbolçularımızdan olmusan. Geriyə baxanda təəssüfləndiyin hansısa anı xatırlayırsanmı?
- ... (fikirləşir) Bəlkə də əvvəlki müsahibələrimdə nədənsə gileylənmişəm, mənfi məqamları yada salmışam. Daha doğrusu, belə hallar olub. İndi ötən günlərə qayıtmaq istəmirəm. Həyatda nə olursa, yaxşılığa doğru olur. 

- Məşqçi kimi planların nədən ibarətdir? Uşaq futbolunda işləmək, Premyer Liqada köməkçi kimi çalışmaq, yoxsa deyək ki, divizionda birbaşa baş məşqçi olmaq istəyirsən?
- "Şamaxı"da indiki işimdən razıyam. Ruslan Əmircanovla birgə baş məşqçinin köməkçiləri funksiyasını yerinə yetiririk. Düzdür, əsas köməkçi deyilik, amma məşq prosesində yaxından iştirak edirik. Məmnunam, təcrübə toplamağa davam etmək istəyirəm. Gələcəkdə nə qərar verəcəyəm, bunu zaman göstərər. Hazırda təcrübə toplamağa daha çox ehtiyacım var.

Mirağa Mirzəyev

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X