18:00 18.04.2022 2564

\"Müharibə qurtarandan sonra bizə kömək edəcəklər\" - Mixail Xodukin

"Karpatı" ilə vidalaşandan sonra 3-7 yaşlı uşaqlar üçün nəzərdə tutulmuş futbol məktəbində çalışmağa başladım. Təhsilimi davam etdirdiyim üçün C kateqoriyası ala bilməzdim. Fevralın 24-də D kateqoriyası almalıydım".

Bunu Fanat.Az-a açıqlamasında Mixail Xodukin deyib.

Azərbaycanlı azarkeşlərin yaxşı tanıdığı mütəxəssisin - uzun illər Bakı "İnter"inin baş məşqçisi olmuş mərhum Valentin Xodukinin 20 yaşlı nəvəsi Mixail hazırda Lvovdadır. Rusiya qoşunlarının bu gecə bombaladığı şəhəri tərk etməyən Mişa mövcud durumdan və gələcək planlarından danışıb:

"İşin tərsliyinə baxın ki, fevralın 24-də Rusiya Ukraynaya hücum etdi. Təbii ki, kateqoriya ala bilmədim. Amma söz veriblər ki, müharibə qurtarandan sonra bizə kömək edəcəklər. Məqsədim futbol sahəsində qalmaq, məşqçiliyin sirlərinə yiyələnməkdir. Babam dünyasını dəyişəndən sonra başqa işdə işləyə-işləyə oxumaq məcburiyyətində qaldım. Amma hiss edirəm ki, mənə futbol sahəsi daha maraqlıdır.

Gecə şəhərə 5 raket atıblar. Mülki şəxslər arasında da həyatını itirənlər var. Amma insanların ara nisbətən sakitləşən kimi şəhərə qayıtması müsbət haldır. Bir sözlə, həyat davam edir. 18-60 yaş arası kişilərin ölkədən çıxmasına qadağa qoyulduğunu yəqin ki, bilirsiniz. Mənim 20 yaşım var. Amma əyani ali təhsil aldığım üçün hələ hərbi xidmətdə olmamışam. Hazırda hərbi xidmətdə olmuş gəncləri Rusiya qoşunlarına qarşı döyüşlərə cəlb edirlər. Yəqin ki, hər şey bir qədər də mürəkkəbləşsə, növbə bizə də çatacaq. Şəxsən mən buna hazıram".

Qeyd edək ki, Mixail Xodukin futbolun sirlərinə Bakı "İnter"ində - babasının rəhbərlik etdiyi UGFM-də yiyələnib. O, əvvəl "Keşlə"yə, sonra "Şamaxı"ya çevrilmiş "bankirlər"in aşağı yaş qrupları üzrə komandalarında oynayıb.

Nihat
 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X