Əvvəl "Keşlə"yə, bu ilin aprelindən isə rəsmən "Şamaxı"ya çevrilən Bakı "İnter"inin sabiq prezidenti Georgi Nikolov "Facebook"da diqqətçəkən paylaşım edib.
Fanat.Az xəbər verir ki, o, "Şamaxı"nın bu ad altında çıxdığı ilk səfər matçında "Qarabağ"a 0:8 hesabı ilə uduzmasına biganə qalmayıb.
Futbol funksioneri "İnter"in şəklini paylaşaraq bolqar, ingilis və azərbaycan dillərində "bankirlər"in heç vaxt belə hesabla uduzmadığını vurğulayıb.
Nihat