"Keşlə" iki həftədir "Şamaxı" adlansa da, klubun uşaq komandaları hələ də belə desək, sələfin kölgəsindən qurtula bilməyib. Belə ki, AFFA-nın keçirdiyi liqalarda komanda əvvəlki adıyla çıxışını davam etdirir. Üstəlik, uşaq komandalarının bəzisində forma da köhnədir, yəni "Keşlə"nindir.
Fanat.Az məsələyə aydınlıq gətirmək üçün "Şamaxı"nın mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədovla əlaqə saxlayıb:
"Təbii ki, ad dəyişikliyi bütün komandalara şamil olunur. Əsasdan tutmuş əvəzedici, gənclər və uşaq komandalarına qədər hamısı "Şamaxı" adlanır. AFFA-nın saytında "Keşlə" yazılıb? Məlumatım yoxdur, biz bütün komandaların adını dəyişmişik. Düzdür, bəzi yaş qruplarında hələ çatdırıb yeni forma verə bilməmişik. Tədricən hamısı yenisi ilə əvəz olunacaq".
Mirağa