13:43 22.04.2022 537

Tarixi şəhərə səfərin iki məqsədi 

Açılışı 1 noyabr 2021-ci ildə, Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə baş tutan Şamaxı şəhər stadionu ilə tanışlıq iki həftə əvvəl, konkret, aprelin 9-da olmuşdu.

Ancaq həmin gün sözügedən arenada "Şamaxı" ("Keşlə"nin xələfi) "Neftçi"ni qəbul etdiyi üçün hər şey tələm-tələsik alınmışdı. Bu baxımdan AFFA-nın bu gün Şamaxıya təşkil etdiyi mediatur ətraflı tanışlığa hesablanmışdı. Bununla belə, əsas məqsəd ayrı idi ki, o haqda bir qədər sonra... 

Proqram 

30-a yaxın mətbuat nümayəndəsi səhər saat 10-da assosiasiyadan yola düşdü. Səfərin proqramı belə idi: "Shamakhi Palace" otelində yerləşmək, stadiona mediatur, Şamaxı futbol məktəbində məşqi izləmək, oteldə AFFA-nın baş katibi Sərxan Hacıyevin iştirakı ilə dəyirmi masa. 

Minnətdarlıq

Jurnalistlərin asudə vaxtının səmərəli təşkilinə geniş toxunmayacağam. Şəhərin səs-küyündən beş dəqiqə də olsun uzaqlaşıb səfalı məkanda beyninə dinclik vermək nəyə desən dəyərdi. Səfərin təşkilatçılarına təşəkkürlər. 

Bir stadiondan daha artıq

Təxminən 5 milyona UEFA "Hat-Trick" proqramı çərçivəvində (4 milyon yarım göndərib, yarım milyon isə AFFA xərcləyib) başa gələn Şamaxı şəhər stadionu bölgə komandası üçün hər cür təminatı olan arenadır. Əsas meydandan başqa əlavə iki kiçik həcmli meydança, müasir standartlara cavab verən paltardəyişmə və duş, dopinq, hakimlər otağı, tibb məntəqəsi, yeni avadanlıqlarla bol olan fitness zalı, süni örtüklü qapalı meydança və sair xüsusi zövqlə hazırlanıb.

Hərçənd, daha yaxşı ola bilərdi. Məsələn, tribunalarının sayını azı 3-ə çatdırmaq mümkün idi. Və ya işıqlandırma sistemi quraşdırılmayıb. 

İdman qurğusunun əsas özəlliyi isə vaxtilə elə həmin ərazidə fəaliyyət göstərən arenadakı varislik prinsiplərinin nəzərə alınmasıdır. Konkret, stadionun ərazisində idman kompleksi fəaliyyət göstərir ki, burada güləş zalı da var. Hansı ki, o vaxt həmin ərazidə güləş zalı olub. Düzdür, kompleksdəki güləş zalı hələ fəaliyyətə başlamayıb. İş burasındadır ki, AFFA isitmə və soyutma sistemi ilə təchiz olunmuş zalı yerli idman idarəsinə vermək istəyir.

Yumoru sevən baş katib

Yazının müqəddiməsində bildirmişdim ki, AFFA-nın demək olar bütün - çap, onlayn, digital - media təmsilçilərini bir yerə cəm etməsinin bir başqa səbəbi də var idi. Əslində səfərinin təşkili bir növ icraçı vitse-prezident Elxan Məmmədovun FİFA-ya vəzifəyə gedişindən sonra AFFA-nın yükünü çiyinlərində daşıyacaq yeni baş katiblə medianın yaxınlaşmasına, Hacıyevin qeyri-rəsmi təqdimatına hesablanmışdı. Sərxan bəy tanıdığımız biridir, 2009-cu ildən bəri AFFA-da çalışır. Bu dəfə daha səmimi ortamda görüşdük, tanıdıq. Öz dilindən eşitdik ki, iki mininci illərin əvvəllərində hakimliklə məşğul olub, Əliyar Ağayev, Orxan Məmmədov kimi ədalət təmsilçiləriylə eyni nəsilin nümayəndəsidir. Amma cəmi 2 il sonra başqa istiqamətə yönəlib.

Həmçinin, yeni baş katib vaxtilə şahmata gedib. Hətta zəif yerini də etiraf etdi ki, şahmatçı kimi birbaşa hücum debütlərini yaxşı bacarmayıb, oyununu müdafiədən qurduğu üçün adətən vaxt bitməsi səbəbindən uduzub. Hacıyevin haqlı və haqsız tənqidlərə çox qəribə yanaşması var: "Haqlı tənqidlərə həmişə açıq olacağam. Bu, normaldır. Ancaq bəzən haqsız tənqidlərlə də rastlaşırsan. Necə ki, baş katib təyin olunmağımla bağlı ilk xəbərə verilən bir reaksiyada olduğu kimi. Şəklimi qoyub yazmışdılar: "Hələ bunun qalstukuna bax". Axı mən neyləmişdim, hələ ilk gündür (gülür). Bu tip aidiyyatı olmayan yanaşmalara, tənqidlərə yumorla qarşılıq verəcəyəm. Amma sağlam tənqidə qeyri-ciddi yanaşmaq olmaz. Mütləq nəticə çıxarmaq lazımdır". 

Kor nə istər...

Sərxan Hacıyevi Elxan Məmmədovdan fərqləndirən əsas xüsusiyyətə gəlincə, sadə təsir bağışlaması və mətbuata daim dostyana davranacağı, fərq qoymadan hamıyla yaxın olacağı ilə bağlı vədini vurğulamaq istərdim. Yaşayarıq, görərik. Təki belə olsun. Kor nə istər, iki göz, biri əyri, biri düz. 

Mirağa, Bakı-Şamaxı-Bakı

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X