14:20 29.04.2022 824

"Sübut edəcəyik ki, dopinqsiz də qələbə mümkündür" - AAAF rəsmisi

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb)

Azərbaycan üçün uğursuzluqla yadda qalan Tokio-2020 Yay Olimpiya Oyunlarının başa çatmasından çox keçməmiş dövlət başçısı İlham Əliyev Azad Rəhimovun vəfatından sonra boş qalan gənclər və idman naziri postuna Fərid Qayıbovu təyin etdi. Həm də Milli Olimpiya Komitəsinə rəhbərlik edən ölkə Prezidenti yeni naziri təyinatı münasibətilə qəbul edərkən idmanımızın mövcud durumu ilə bağlı narahatlığını bildirərək Qayıbovun qarşısında konkret tələblər qoydu. 

Bunlardan biri federasiyaların, digəri isə Olimpiya-idman komplekslərinin fəaliyyətindəki çatışmazlıqlarla bağlı idi.

Ölkə başçısı bəzi federasiyalarda işlərin qeyri-qənaətbəxş olduğunu bildirərək yeni nazirə, ilk növbədə, idman sahəsində buraxılan nöqsanların ciddi araşdırılması və mövcud vəziyyətin təhlil edilməsi tapşırığını verdi.

Prezidentdən müvafiq tapşırıqları alan Fərid Qayıbov əməli fəaliyyətə başladı. İlk iş əksər federasiyalarda hesabat-seçki konfranslarının təşkili və kadr islahatlarının həyata keçirilməsi oldu. 

Beləliklə, bir sıra idman federasiyalarının rəhbərliyində dəyişikliklər baş tutdu. Həmçinin artıq uzun müddət idi ki, beynəlxalq arenalarda ciddi nailiyyətlə yadda qalmayan, adı əsasən dopinq qalmaqallarında hallanan Ağır Atletika Federasiyasında rəhbərlik dəyişdi. Bu il fevralın 19-da keçirilən seçkilərdə 1998-ci ildən quruma başçılıq edən Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərovu kənd təsərrüfatı naziri İnam Kərimov əvəzlədi.

Seçkidən sonra mətbuat nümayəndələri önünə çıxan Kərimov ağırlıqqaldırma növünün önəmli idman sahələrindən olduğunu və hazırkı problemlərin yoluna qoyulması istiqamətində ciddi addımlar atılacağını bildirdi: 

"Bu sahə Prezident İlham Əliyevin diqqətində olan idman növüdür. Ölkəmiz bütün beynəlxalq yarışlarda layiqli təmsil edilib. SSRİ dövründə və müstəqillik vaxtı böyük ənənələrimiz olub. Dövlətimiz ağırlıqqaldırmaya böyük dəstək verir. Xalqımız da bu idman növünə böyük rəğbət bəsləyir. Bu sahədə çempionlarımızın olmasını gözləyirik. Bugünkü iclasda əldə edilmiş uğurlar dinlənildi və çətinliklərdən bəhs edildi. Razılığımız ondan ibarət oldu ki, bu məsələləri daha yaxından təhlil etməli və qarşımıza qoyduğumuz hədəfləri müəyyənləşdirməliyik".

Fanat.Az olaraq geridə qalan iki ay ərzində görülən işlər və AAAF-ın qarşıya qoyduğu hədəflər barədə qurumun mətbuat xidmətini rəhbəri Kənan Məstəliyevlə söhbətləşdik. 

Federasiya sözçüsü bu idman növünün inkişafı istiqamətində planların üç hissədən ibarət olduğunu bildirdi: 

"Qarşıya qoyulan hədəflər barədə federasiya rəhbəri İnam Kərimov elə ilk açıqlamalarından istiqamət göstərdi. Planlar qısa, orta və uzunmüddətli olaraq üç hissəyə bölünüb. Qısa plan ikiillik fasilənin yaratdığı boşluğun, onun yaratdığı fəsadların aradan qaldırılması idi. Bunun üçün ən qısa müddətdə Azərbaycan çempionatı keçirilməli, yığmanın heyəti müəyyənləşməli idi. Bu mərhələ, bildiyiniz kimi, artıq geridə qalıb. Biz ölkə çempionatını uğurlu şəkildə təşkil etmişik. Bu yarış şərait yaratdı ki, yığmaya namizədlərin performansı nəzərdən keçirilsin. Beləliklə, artıq yığma formalaşıb. Yaxın zamanda komanda təlim-məşqlərə başlayacaq.

Ortamüddətli planlar mütəmadi təlim-məşq toplanışlarının təşkili, nəticədə, yeniyetmə və gənclər arasında Avropa, dünya birinciliklərində, böyüklərin Avropa və dünya çempionatlarında, İslam Həmrəyliyi Oyunlarında və digər beynəlxalq yarışlarda, nəhayət, Olimpiya Oyunlarında iştirak edib layiqli çıxış göstərməkdir. Layiqli çıxış dedikdə, bu, o demək deyil ki, milli yarışlardan mütləq şəkildə çox sayda qızıl və digər əyyarlı medallarla qayıdacaq. Yığma üzvlərinin ən azı sonadək mübarizə aparacağını hər kəs görəcək. Bu istiqamətdə də müəyyən addımlar atılıb. Bir sözlə, proses artıq başlayıb.

Uzunmüddətli planları da ayrılıqda üç hissəyə bölə bilərik. Burada ilkin hədəf dopinqlə mübarizədir. Federasiya birmənalı olaraq dopinqə qarşıdır. Dopinq qəbul edən, təbliğ-təşviqi ilə məşğul olan şəxslər bizim ailənin üzvü ola bilməz. Dopinq sözü bundan sonra bizimlə yanaşı işlənə bilməz. Bu istiqamətdə Azərbaycan Milli Antidopinq Agentliyi ilə də sıx əlaqədəyik. Sübut edəcəyik ki, dopinqsiz də qələbə qazanmaq mümkündür. 

İkinci aspekt maddi-texniki bazanın yaradılmasıdır. Biz idmançıya öncə maksimum şərait yaradacaq, sonra onda nəticə tələb edəcəyik. Maddi-texniki bazanın yaradılması istiqamətində federasiya rəhbərliyi ilk günlərdən böyük işlər görməyə başlayıb. Rəhbərlik respublikanın bir sıra bölgələrinə gedərək problemlərlə şəxsən tanış olub. Təmirə ehtiyacı olan zallar təmir edilir, yenidən tikilməsi lazım olanlar yenidən tikilir. Həmçinin digər təyinatlı zalların təyinatı dəyişdirilərək ağır atletikaya uyğunlaşdırılır.

Sonuncu məsələ yeni idmançı nəslinin yetişdirilməsidir. Hazırkı idmançılarla qarşıda müəyyən nəticələr qazana bilərik. Amma biz yeni, "təmiz" nəslin yetişdirilməsinə çalışacağıq. Məqsəd sonrakı Olimpiadalarda da mütəmadi təmsil olunmaqdır. Yəni federasiyanın iş prinsipi təsadüfi uğurlara deyil, ardıcıllığa söykənib. Üstəlik, yeni nəsil birmənalı olaraq bizim prinsiplər üzərində böyümüş olacaq. Onlar sübut edəcək ki, dopinqsiz də uğur qazanmaq mümkündür".

Sahib Əsədbəyli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

20 May 2024
10:38

27 ilin rekordu

10:19

İngiltərə nəhəngi "Bayer"in futbolçusunu transfer edir - 60 milyona 

09:57

DÇ: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

09:35

“Sabah”dan vacib qələbə, “Qəbələ” dayanmaq istəmir – Tura baxış

09:10

Mbappenin qardaşı da "Real Madrid"ə keçəcək? - Aydınlıq gəldi

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

Facebookdan bizi izləməyi unutmayın.
X