AFFA-nın Apellyasiya Arbitraj Tribunalının növbəti iclası keçirilib.
Fanat.Az xəbər verir ki, qurum iki müraciətə baxıb və İntizam Komitəsinin 8 aprel iclasındakı qərarlarını qüvvədə saxlayıb.
Beləliklə, “Səbail” klubunun və U-15 Liqasında çıxış edən EFA komandasının baş məşqçisi Vüsal Mustafayevin apellyasiya şikayətini təmin edilməyib.
“Səbail” seleksioneri Ramal Hüseynovun barəsində verilən 2 il müddətinə yarışlardan kənarlaşdırılma cəzasını yüngülləşdirməyə çalışsa da, qərar qüvvədə saxlanılıb. 38 yaşlı mütəxəssis stadiona giriş qadağası olmasına baxmayaraq, Gənclər Liqasında “Qarabağ”la oyunda meydana daxil olub və hakimlər briqadasını təhqir edib. O, daha əvvəl ROFM klubu ilə matçda hakimi təhqir etdiyi və referiyə hədə-qorxu gəldiyi üçün 15 matçlıq cəzalanmışdı.
Vüsal Mustafayevə gəlincə, o, U-15 Liqasının “Keşlə” – EFA oyununda matçın ilk hissəsi bitdikdən sonra hakimə etiraz bildirdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılarkən dəhlizdə hakimlərə hücum çəkmiş, həmçinin valideynləri hakimlərə qarşı ədavətə və qəddarlığa vadar etməyə görə 1 il 6 ay müddətinə futbol ilə əlaqədar fəalliyətinə qadağa qoyulub.